Ölkə futbolu
Mixneviç: “Mahirin Səudiyyə Ərəbistanına gedişi real deyil”
Səudiyyə Ərəbistanının “Abha” klubunun baş məşqçisi Çeslav Mixneviç sabiq futbolçusu, Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb.
Futbolinfo.az-a açıqlama verən polşalı mütəxəssis “Legiya”da çalışdırdığı oyunçunun matçlarını izlədiyini və onunla əlaqə saxladığını bildirib: “Mahirlə əvvəllər çox danışmırdıq. İndi isə ara-sıra söhbət edirik, əlaqə saxlayırıq. O, yaxşı hücumçudur. Uğurlu ola biləcəyinə inanıram”.
Mixneviç Mahirin Zaqreb “Dinamo”sundan hazırda çalışdırdığı komandaya keçmək ehtimalını belə dəyərləndirib: “Mahir yaxşı hücumçudur, münasibətimiz var. Amma indiki halda “Abha”ya keçidi real deyil”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”