Dünya futbolu
“Monako”dan ABŞ klubuna
ABŞ-ın “Los Anceles Qalaksi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, MLS təmsilçisi “Monako”dan Samuel Qransiri heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı cinah oyunçusu ilə müddəti 2023-cü ilin sonuna qədər olan müqavilə imzalanıb. Fransız futbolçu yeni klubuna azad agent statusunda keçib.
Fransanın “Trua” klubunun yetirməsi olan Samuel 2018-ci ildən “Monako”da çıxış edirdi. O, bu komandanın heyətində cəmi 18 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Trua”, “Brest” və “Strasburq”da da çıxış edib.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var