Digər idman növləri
Morentin qayıdışı möhtəşəm alındı
“Memfis” komandasının ulduzu Co Morent 25 oyunluq cəzadan sonra ilk oyununu keçirib. Xatırladaq ki, basketbolçu sosial şəbəkə hesabında silahla şəkil paylaşdığına görə cəzalandırılmışdı.
Onun qayıdışı komanda üçün də uğurlu alınıb. Basketbolçu 115:113 hesabı ilə bitən görüşdə 34 xal toplayıb. Ən vacibi isə odur ki, Morentin qələbə atışı final seriyası səslənən vaxt olub. Bununla da , Memfis komandası ardıcıl 5 oyunluq məğlubiyyət seriyasını qıra bilib.
Digər oyunlar arasında “Miluoki Baks” autsayder “San-Antonio Spörs”ü evdə məğlubiyyətə uğradıb. Yunanıstanlı ulduz Yannis Antetokumbo görüşdə tripl –dabl etsə də, cəmi 11 xal toplamaqla yadda qalıb. Qonaq komandanın heyətində türkiyəli basketbolçu Cedi Osman 10 xalla oynayıb. Görüşdə ən məhsuldar isə 40 xal toplayan Miluoki komandasının oyun qurucusu Demien Lillard olub.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi