Dünya futbolu
Mourinyo – “Sevilya”: hər ikisi finalları sevir
Joze Mourinyo fantastik karyerasına daha bir naxış vurdu. Portuqaliyalı mütəxəssis dünən gecə özünün avrokuboklardakı 6-cı finalına vəsiqə qazandı.
Futbolinfo.az xəbər verir ki, “Roma”nı Avropa Liqasında həlledici matça daşıyan Joze indiyədək finallarda uduzmayıb. “Portu”ya 2002/03 mövsümündə UEFA kubokunu, bir il sonra Çempionlar Liqasını qazandıran Mourinyo, 2010-cu ildə “İnter”i də ÇL-in qalibi edib. O, 2016/17 mövsümündə “Mançester Yunayted”i Avropa Liqasının, ötən mövsüm isə “Roma”nı Konfrans Liqasının qalibi edib.
2002/03: Portu – Seltik 3:2
2003/04: Portu – Monako 3:0
2009/10: İnter – Bayern 2:0
2016/17: Mançester Yunayted – Ayaks 2:0
2021/22: Roma – Feyenoord 1:0
Mourinyonun kolleksiyasında çatışmayan Superkubokdur. O, 3 dəfə bu oyunlarda məğlub. O da var ki, Joze “Roma”da ilk ilində komandası Konfrans Liqasının qalibi oldu. İkinci il İtaliya təmsilçisi Avropa Liqasının finalındadır. Halbuki komanda 2008-ci ildən bəri heç bir titul qazana bilmirdi.
Portuqaliyalı mütəxəssisin budəfəki rəqibi də avrokuboklarda ənənəsi olan komandadır. “Sevilya” son illərdə Avropa Liqasını şəxsi turnirinə çevirməyi bacarıb. Qələbə sayında rekordçu olan komanda oynadığı 7 finaldan 6-da mükafata sahib çıxıb.