Digər idman növləri
Mövsümün MVP-si Fransa millisini seçməyə tələsmir
Fransa millisinin baş məşqçisi Vensan Kolle qarşıdakı dünya çempionatı ilə bağlı fikirlərini bildirib və “Filadelfiya Siksers” komandasının ulduzu Coel Embiidin turnirdə iştirak etməyəcəyini dilə gətirib.
“MBA turnirə hazırlığın vaxtını sıxışdırır. Bu, intensiv çempionat olacaq. Bizim öz ambisiyalarımız və gözləntilərimiz var. Bilirik ki, çətin olacaq. Ancaq qorxumuz yoxdur. Qrupumuz çox çətindir. İspaniya, Latviya, Kanada və Braziliya kimi rəqiblərimiz var. Əvvəlcə qrupdan çıxmalıyıq. Sonra isə nə olacağını heç kim bilmir. Misal üçün uzağa getməyə ehtiyac yoxdur. Keçən dünya çempionatında Serbiyanın ¼ finalda məğlubiyyəti hamıya dərs olmalıdır.
Komandada Coel Embiidin bu il olması mümkün deyil. Biz hələ də gözləyirik. Ümid edirik ki, bizim milli komandanı seçəcək”, – deyə Kolle vurğulayıb.
Coel Embiid Kamerun, ABŞ və Fransa vətəndaşlığına malikdir. Lakin hansı milli komandanın şərəfini qoruyacağını hələlik bəyan etməyib.
Xatırladaq ki, basketbol üzrə dünya çempionatı 25 avqust – 10 sentyabr aralığında Filippin və İndoneziyada keçiriləcək.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü