Dünya futbolu
Müqaviləsini ləğv etmədi, əvəzedici komandaya göndərildi
Portuqaliyanın “Benfika” klubunda yarımmüdafiəçi Andreas Samaris əvəzedici komandaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu klubla müqaviləsini ləğv etmək istəmədiyi üçün ikinci komandaya göndərilib. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
“Benfika” maliyyə problemlərinə görə yunan futbolçunu klubdan göndərmək istəsə də, Samaris bununla razılaşmayıb. Portuqaliya təmsilçisinin baş məşqçisi Jorje Jezus yunan futbolçunu bu qərarından sonra əvəzedici komandaya göndərib.
2014-cü ilin yayından “Benfika”da çıxış edən Samaris Yunanıstan milli komandasının da üzvüdür. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib