Digər idman növləri
“Murov” Çağırış kubokunda mübarizəni dayandırdı
Azərbaycanın kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış kubokunda mübarizəni dayandırıb.
Futbolinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab matçında Niderland təmsilçisi “Orion”a iki set verən komanda turnirlə vidalaşıb.
İlk görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olan ölkə çempionu hazırda davam edən qarşılaşmada geridönüş etsə belə, növbəti mərhələ şansını itirib.
“Murov” – “Orion” matçında ilk 3 setdən sonra hesab qonaqların xeyrinədir – 2:1.
Xatırladaq ki, bu gün qadınlardan ibarət “Azərreyl” komandası da Almaniyada “VfB SUHL Thüringen”in müqavimətini qırmağa çalışacaq. Komanda ötən gün ilk oyunda 1:3 hesabı ilə yenilib. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada keçirilir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…