Digər idman növləri
Mürrey lideri təkbaşına məğlub etdi
MBA-da bu gecə yalnız 2 oyun baş tutub. Qarşılaşmalardan birində komandalar qalibi overtaymda müəyyən edib.
Atlantada keçirilən oyunun əsas vaxtı 112:112 hesabı ilə başa çatıb. Əsas vaxtda “Atlanta Houks”un heyətində parlaq oyun nümayiş etdirən Dekonte Mürrey overtaymın qəhrəmanı olub. Bu hissədə onun qazandığı xallar “Boston Seltiks”in ümumi qazandığından çox olub. Bununla da “Atlanta Houks” lider üzərində 123:122 hesablı qələbə qazanıb. Mürreyin aktivində ümumilikdə 44 xal var. Bu onun karyerasında ən yüksək fərdi göstəricidir. Qonaqların heyətində Teytum 31 xal toplayıb.
“Miluoki Baks” “Nyu-Orlean Pelikans”a məğlub olub – 100:107. Vilyamsonla Malkulm ikisi birlikdə 53 xal toplayıb. Qonaq komandada Yannis Antetokumbo 35 xaldan əlavə 14 ribaund edib. Maraqlıdır ki, Yannis oyun ərzində ardıcıl 20 xal qazanmaqla nadir hadisələrdən birinin müəllifi olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…