Premyer-liqa
Mutu: “Nə məğlubiyyətə, nə də qələbəyə layiq idik” – VİDEO
“Neftçi”nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 1-ci turu çərçivəsində Gəncədə “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Komanda yorğun idi. Üç gündən bir oynamağa hələ hazır deyilik. İlk hissədə yaratdığımız epizodları qola çevirə bilmədik. Böyük səhvimizdən sonra penalti oldu. Rəqib bizi cəzalandırdı. Yenə deyirəm, üç gündən bir oynamaq çətindir. Xüsusilə, belə isti havada. Ona görə düşünürəm ki, çətin olacaq”.
O, Bakıda Türkiyə “Beşiktaş”ına qarşı keçirəcəkləri Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda ancaq qələbə haqqında düşünəcəklərini bildirib: “Bu gün məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Bərabərlik ədalətli nəticə olardı. “Kəpəz”i təbrik edirəm”.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq