Bizi izləyin

Ölkə futbolu

“Nəcməddin Sadıkov”la futbol müzakirəsi

blank

Elxan Məmmədov futbolun Nəcməddin Sadıkovudu. Baş Qərargah rəisi orduda nələr edibsə, AFFA-nın baş katibi də eyni rolun icraçısıdı.

İkisi də xalq tərəfindən nifrət edilən adamlardı. Sadıkovla bağlı insanların düşündüyü illər sonra ordumuzun şanlı zəfərləri ilə necə təsdiqini tapdısa, futbol təsərrüfatında da eyni hadisələr baş verəcək. Hələlik Məmmədov mələk donu geyib, başı daha vacib dövlət işlərinə qarışanları aldada bilir. Hesabat zamanı gələndə “itkin düşən” Elxan bəy haqda bir cümləlik açıqlama veriləcək: “Daha xidmər etmir”.

Dünən AFFA-nın Növbəti Konfransı baş tutdu. İllik hesabat və qərarlar barədə silsilə yazılarımız olacaq. İndi isə videokonfrans formatında baş tutan görüşdən sonra jurnalistlərin suallarını cavablandıran icraçı vitse-prezidentin dediklərinə diqqət yetirək. Sitatlar və şərhlərlə:

Elxan bəy Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin müqavilə müddətinin bitməsi barədə danışarkən yalan deyib. O, avstriyalı ilə sentyabrda yekunlaşan anlaşmanın davam etdiyini deyib: “Bu məlumat düzgün deyil. Onun sözləşməsi bitməyib. Bundan əlavə, sədr kimi 4 illik dövrə təsdiq olunur. İcraiyyə Komitəsi tərəfindən Hakimlər Komitəsinin sədri kimi Ştuxlik təsdiq olunub. Müqavilə məsələsində hər hansı tərəfdə problem yaransa, bu məsələ müzakirə olunur. 4 il ərzində sözləşməyə xitam da verilə bilə, uzadıla da. Bunun üçün komitənin xüsusi iclasına ehtiyac yoxdu”.

Məmmədova xatırladaq ki, Stuxlikin təyin olunduğu gün qurum ikiillik müqavilə bağlandığını bəyan etmişdi və bu müddət ötən ilin sentyabrında bitib. Düzdü, daha sonra AFFA-nın iki kresloda eyni zamanda əyləşən rəsmisi Elxan bəy anlaşmanın 3 ili əhatə etdiyini bildirmişdi. Bu barədə internetdə axtarış verməklə kifayət qədər xəbər oxuya bilərik. Elə qurumun mətbuat xidmətinə sorğumuz zamanı da oxşar cavab almışdıq, məsələnin tam dəqiqləşmədiyini bildirmişdilər. İndi isə Elxan bəy 4 ildən, müqavilənin avtomatik yenilənməsindən danışır.

2, 3 və 4 – hər dəfə fərqli müddət göstərilir. Zəhmət olmasa, rəsmi müqaviləni göstərin, həqiqəti bilək. Yox, vəziyyətə uyğun qərar verirsizsə, o başqa məsələ. Halbuki bu adamı hakimliyin indiki vəziyyətinə görə çoxdan yola salmaq lazım idi.

Elxan bəy Premyer Liqada komanda sayının artırılması barədə danışarkən bölgələri aşağılayıb. Onun bu açıqlamasını hiyləgərliyin, çoxbilmişliyin və cəzasızlıqdan irəli gəln azğınlığın son həddi də saymaq olar: “AFFA-nın bununla bağlı ümumi strategiyası var. Məqsədimiz minimum 10 komandanın çempionatda iştirakıdır. Əslində, bir il əvvəl sayı 10-a çatdırmalı idik. Lakin pandemiya və əlavə sponsorların cəlb edilməsi ilə bağlı problemlər yarandı. Mart-aprel aylarında bu məsələ yenidən müzakirə olunacaq. Potensial sponsorlarla davamlı danışırıq. Birinci divizionda davamlı olaraq neçə ildir ki, maliyyələşdiririk və bu proses davam etdirilir. Biz niyə bu klubları maliyyələşdiririk? Sizcə, Zaqatalada, Gəncədə, Tovuzdakı klubları maliyyələşdirməyimizin səbəbi nədir? Ancaq mən də sual vermək istəyərdim. Nəyə görə Zaqatala, Tovuz futboluna AFFA dəstək verməlidi?”

Məqsəd 10 komandalı çempionat olmamalıdı. Vaxtilə Azərbaycanda daha geniş tərkibli yarışlar olub və uğurla keçirilib. Azərbaycan Bakı, Sumqayıt və Qəbələdən ibarət deyil. Hətta məqsəd 10 komandalı yarışdısa da, artıq 5 ildi bu istəyə çata bilməmək ayıbdı. Hansısa kiçik hədəf üçün 5 il qurban verilməməliydi. İndi pandemiyanı bəhanə etmək asandı, bəs, əvvəlki illər niyə mümkün olmurdu?

Məmmədov divizion klublarını maliyyələşdirdiklərini deyir. Bəli, illərdi hərəsinə 300-400 min manat xərclənir. Faydası nədir; bu illər ərzində divizionda hansı futbolçular üzə çıxıb; ümumiyyətlə, aşağı liqadan hansı komanda elitaya yüksəlib? Nəticə: sıfır. Deməli, vəsait havaya sovrulub, iş səriştəli görülməyib.

O ki qaldı Elxan bəyin bölgə klublarına AFFA-nın dəstək verməsi haqda ironik sualına, baş katib söz oynadır, amma özünü ifşa edir. Bəli, AFFA klublara yardım etməməlidi. O zaman nəyə görə konkret olaraq “Keşlə”yə illik 5-6 milyon manat ödənilir? SOCAR-dan və ya bu şirkətə bağlı hansısa qurumdan yox ha, birbaşa AFFA-dan. Axı, assosiasiyanın klublara dəstək vermək kimi bir borcu yoxdu, o zaman “Keşlə”ni xüsusi edən səbəb nədir? İmkan varsa niyə hansısa bölgə komandası yox, məhz klub bolluğu içində olan paytaxtın təmsilçisinə belə fərqli münasibət göstərilir.

Bəli, sponsorlar yoxdu, onları da AFFA yersiz xərclərlə, sıxışdırmalarla futboldan uzaq salıb. Belədə futbolun ayaqda qalması üçün indi klubları maliyyələşdirmək SOCAR-ın boynuna yüklənib. Rəhbəri dostlar olan “Keşlə”yə, “Sumqayıt”a, “Səbail”ə və başqa qondarma klublara yardım etməkdənsə, hovuz sistemi yaradılmalı, neft şirkətinin ayırdığı yardım hamıya bərabər və ədalətli şəkildə bölünməlidi. Yoxsa ki, bütün milli komandaları oyunçu ilə təmin edən “Qəbələ”yə ögey münasibət bəslənilir, işi-gücü 6 aydan bir legioner dəstələrini qovub yenilərini gətirməklə pul dağıdan “Keşlə”yə, “Səbail”ə milyonlar bağışlanır. Çünki birinin rəhbəri İcraiyyə Komitəsinin üzvü, digərinki AFFA prezidenti Rövnəq Avdullayevin oğludu.

Tovuz, Gəncə, Mingəçevir, Lənkəran, Masallı, Quba, Sabirabad, Şamaxı, Yevlax, İmişli və başqaları bu ölkənin futbol coğrafiyasını həm daha yaxşı göstərər, həm də futbolumuza rəngarənglik gətirər, kütləviliyi təmin edərdilər. Rövnəq Abdullayevin oğlunu rəhbər qoyursuz, bunda da problem yoxdu, amma heç olmasa, o, Bayılda yox, Gəncədə, Zaqatalada klub idarə etsin.

Elxan bəyin niyə bölgə klublarına yox, məhz “Keşlə”yə pul ayrılması barədə suala cavabı da çoxbilmişlik nümunəsidi: “Keşlə” baxımından fikrinizlə razıyam, o pulu bu klublara da ayırmaq olardı. Amma tarixə baxmaq lazımdır ki, “Keşlə” çempionata necə gəlib. O vaxt biz “İnter”dən ayrı hissə edib, “Keşlə”ni yaratmasaydıq, UEFA və FİFA-da şikayətlər dolu olardı. Biz “Keşlə”ni “İnter”in davamçısı kimi yaratdıq. Ancaq ötən mövsüm “İnter”in borclarını “Keşlə” ödədi, bağladı. İndi təklif edirsiniz ki, “Keşlə”ni də bağlayaq, sonra da deyək ki, şəhərin mərkəzində gözəl infrastruktur boş qalıb?”

Görəsən, Məmmədov bu ifadələri işlədərkən vicdanı sızladımı? Axı, “Bakı” da eyni səbəbdən bağlandı və möhtəşəm bazası viran edildi. Lənkəran, İmişli klubları sıradan çıxanda küncdə gizlənən Elxan bəyin yalnız “Keşlə”yə qucaq açmasının bəlkə başqa səbəbləri var? Rövnəq Abdullayevin haradan deputat seçilməsinin, Zaur Axundovla dostluğun bu izdivacda rolu olmaya? Bəlkə bu canıyananlıq Fuad Musayevin AFFA üçün tikdirdiyi “Şəfa”nı su qiymətinə “İnter” rəhbərliyinə satmalarına və indi həmin arenaya icarə haqqı ödəmələrinə görədi? Kimi aldadırsız, Məmmədov?

Elxan bəyin hazırladığı hesabatdan bəlli olur ki, AFFA il ərzində 5 milyon manat gəlir əldə edib. Halbuki bu, yeyintidən, israfçılıqdan sonra ortada qalan məbləğdi. Əksər milli assosiasiyalar teleyayım gəlirləri, FIFA və UEFA-dan gələn yardımlarla kifayətlənir və illik fəaliyyətini məhz bu vəsaitlə tənzimləyir. Bizdə isə büdcənin yarıdan çoxunu SOCAR verir və sonda hansısa gəlir göstərilir. Dövlətin pulunu büdcədə müsbət saldo kimi göstərmək qəhrəmanlıqmı olur?

İcraçı vitse-prezident ötən il ərzində pandemiyanın bir sıra problemlərə səbəb olduğunu deyir. O, milli komandaların uğursuzluğunu bununla əsaslandırır: “Ötən il əsas mübarizə koronavirusla oldu. U-21 və əsas komandamızın bütün oyunlarda iştirakı sevindiricidir. Baxmayaraq ki, komandalarımızda yoluxma müşahidə olunmuşdu. Millətlər Liqası Canni de Byazi üçün ilk sınaq idi. Hazırlıq üçün vaxt da olmadı, yoldaşlıq görüşləri keçirməklə bağlı problem var idi. Yığmamızda nəsil dəyişikliyi prosesi başladı, bunu da gözləyirdik. İdman tərəfindən baxsaq, tam yeni komanda ortaya çıxıb. Xaricdə oynayan futbolçularımız da ötən il gələ bilmədilər. Yerli çempionatda çıxış edən futbolçularımız onları layiqincə əvəz etdilər. Xüsusən də, gənclər. Ötən il pandemiya bütün sahələri, xüsusən də, idmanı alt-üst etdi. Amma biz fəaliyyətimizi davam etdirdik. Fors-major vəziyyətdir. Axırıncı dəfə 100 il əvvəl belə hal yaşanmışdı, təcrübəmiz yox idi. Avropa futbol ailəsi qısa zamanda öz tələblərinə uyğunlaşa bildi, yeni mövsümə başladı. Biz də öz sistemimizi adaptasiya etdik. Həkimlərimizə də təşəkkürümüzü bildirdik. AFFA-nın təbiblə birgə yaratdığı protokola hamı peşəkar yanaşdı. Buna görədir ki, fəaliyyəti davam etdiririk”.

Bəhanədi! Çünki koronavirus hamıya eyni dərəcədə təsir edib. Düşmən Ermənistan millisi pandemiya dövründə daha yaxşı nəticə göstərdi, Millətlər Liqasında bir üst liqaya yüksəldi, biz isə autsayder olduq. Halbuki əksi olmalıydı. Müharibədə diz çökdürdüyümüz mənfur qonşularımızda psixoloji çöküş, maddi problemlər daha çox idi. Lakin qalib xalqın futbol millisi məğlub əhval-ruhiyyədə qaldı. Bir sözlə, ermənilərə yalnız futbol sahəsində uduzmuşuq ki, bu təsərrüfata da məhz Məmmədov rəhbərlik edir, nəticələr onun səriştəsizliyinə görədi.

Deyək ki, bu il nəticəsizlik nəsildəyişməyə görə oldu, bəs, əvvəlki illər? Axı, uğursuzluq AFFA-nın alnına yazılıb, hər il də bir bəhanə uydurulur. Biz ki, hər il nəsil dəyişmirik.

Məmmədovun özü işinə hansı qiyməti verməsi ilə bağlı suala cavabı hiyləgərliyin son həddidi: “Mənə qiyməti bura təyin edənlər verir. 28 yaşımda baş katib kimi işə başladım. Görünür nəsə düzgün etmişəm ki, indi icraçı vitse-prezidentəm”.

Məmmədovu bu posta özünün yaratdığı sistem təyin edib. İcraiyyə Komitəsi onun əlindədi, himayədarları şərikləri, dolandırdıqlarıdı. Belə birinin vəzifə başında olması həmin adamları da qane edir. Ona görə də Nizamnaməni istədikləri kimi dəyişir, yeni postlar yaradırlar. Sırf futbolun inkişafı baxımından yanaşsaq, Elxan bəy hazırkı vəziyyətlə, nəticələrlə bu qədər yüksələ bilərdimi? Baş katibi, İcraiyyə Komitəsini azarkeşlər, futbolu həqiqətən sevən insanlar seçsəydi, Məmmədovu heç Nobel prospektinə yaxın qoymazdılar.

Lakin hər şeyin bir sonu olur. Nəcməddin Sadıkov da külli-ixtiyar sahibi idi, amma daha “xidmət” etmir. Məmmədovun həqiqi simasının açılması üçün daha bir neçə aya ehtiyac var. Ölkədəki davamlı islahat dalğası futbol təsərrüfatının sahillərinə də çatacaq.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-18 08:17

Formula 1-də əsas qaydalardan biri dəyişdirilir

blank
Müsahibə2024-04-18 08:00

Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Digər idman növləri2024-04-17 18:22

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşırlar

blank
Digər idman növləri2024-04-17 18:03

İlk finalçı müəyyənləşdi

blank
I Liqa2024-04-17 17:49

“Mingəçevir” uduzdu, “Şamaxı” qalib gəldi

blank
I Liqa2024-04-17 17:34

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

blank
Ölkə futbolu2024-04-17 17:17

Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”

blank
Dünya futbolu2024-04-17 16:59

Romario 58 yaşında karyerasını bərpa etdi

blank
Dünya futbolu2024-04-17 16:41

Daha bir özbək İtaliyaya köçür

blank
Dünya futbolu2024-04-17 16:22

“Atletiko” antirekordunu təkrarladı

blank
Müsahibə2024-04-17 16:07

Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

blank
Premyer-liqa2024-04-17 15:50

“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-04-17 15:33

Azərbaycanlı bilyardçı Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-17 15:15

MHL-də pley-offun son cütlükləri də məlum oldu

blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Premyer-liqa2024-04-17 14:07

Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-04-17 13:52

“Neftçi” ilə oyun bizim üçün həlledicidir”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm