Digər idman növləri
Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı
Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova yeniyetmə qızlar arasında keçiriləcək U-17 Avropa çempionatının təsnifat oyunlarına təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, İsmayılova aprelin 22-24-də Almaniyanın Kienbaum vilayətində keçiriləcək C qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, C qrupunda ev sahibləri ilə yanaşı, Belçika, İsrail və Litva milliləri mübarizə aparacaqlar. Görüşlərin hakimləri moldovalı Andrey Taran, türkiyəli Hatice Özmen Yıldız, polşalı Anna Niedbal və serbiyalı Aleksandra Balandziç olacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…