Premyer-liqa
“Nəticəni ədalətli hesab edirəm” – Şahin Diniyev
“Səbail” Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.
Futbolinfo.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
“Maraqlı oyun izlədik. Nəticəni ədalətli hesab edirəm. Hər iki komanda məğlub ola da bilərdi, qələbə qazana da bilərdi. “Turan Tovuz” inkişaf edən komandadır. Rəqibin yaxşı hücum xətti var. Daha sürətli oynamağa çalışırlar. Bizim üçün çətin idi, müdafiədə səhvlərimiz oldu. Oyun dinamik keçdi. Heç bir komanda kompromisə getmək istəmirdi. 6 xallıq oyun idi. Qazanılan 1 xal bizim üçün qızıla bərabərdir, çempionatımın sonunda bizə kömək edəcək”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…