Digər idman növləri
Nadal məşq oyununda məğlub oldu
Zədədən sonra aktiv tennisə dönən Rafael Nadal hazırlıqlarını davam etdirir. 37 yaşlı ispan tennisçi fransız Rişar Qaske ilə yoldaşlıq oyunu keçirib.
Xatırladaq ki, bu vaxta qədər onlar arasında baş tutan 18 rəsmi oyunun hamısında Nadal qalib gəlib. Yoldaşlıq oyunu isə Qaskenin qələbəsi ilə bitib.
3 set davam edən görüşün ikisində fransız tennisçi üstün olub. Bundan əvvəl Nadal keçirdiyi hazırlıq görüşündə Artur Fislə qarşılaşmışdı. Həmin oyunda Rafa qələbə qazanmışdı.
Məlum olduğu kimi, ispaniyalı tennisçi ciddi zədədən sonra turnirlərə qayıtmaq fikrindədir. Bu ilin yanvarında sol ayaq əzələsindəki zədədən sonra tennisçi əməliyyat olunmuş və rəsmi turnirlərdə iştirak etməmişdi. Onun bu ilin sonuncu günündə Brisbendə başlayacaq turnirdə iştirak edəcəyi gözlənilir.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…