Digər idman növləri
Nadal yenə də oynamayacaq
Dünya tennisinin keçmiş bir nömrəsi Rafael Nadal İndian-Velsdəki turnirdə iştirak etməyəcək. Bu barədə onun özü məlumat verib.
“Çox böyük üzüntü ilə turnirdən çəkildiyimi bildirməliyəm. Hamıya məlumdur ki, mən bu yarışı necə çox sevirəm. Məhz buna görə də bir neçə gün əvvəl gələrək məşq edirdim. Lakin indiki vəziyyətdə yüksək səviyyədə oynaya bilmərəm. Bu, həm özümü , həm də azarkeşləri aldatmaq olardı. Buna görə də ən yaxşı variant turnirdən çəkilməkdir.
İnanıram ki, oyunlar maraqlı alınacaq və yarış yüksək səviyyədə keçəcək”, – deyə Rafael Nadal qeyd edib.
Xatırladaq ki, ispan tennisçi ilk turda Miloş Raoniçlə oynamalıydı.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı