Bizi izləyin

Ölkə futbolu

Nailə Rüstəmzadə əsl günahkarları nişan verdi: “Belə qərarın altında qol çəkməyə utanardım”

blank
blank

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə sosial şəbəkədə paylaşım edib. O, məşqçi Elnur Çodarovun CAS-da “Sumqayıt” klubu üzərində qələbəsini həm də öz qələbəsi saydığını vurğulayıb.

Təsadüfi deyil, məhz onun rəhbərlik etdiyi qurumun ədalətli qərarı ləğv edilmiş, kimlərinsə xahişi ilə “Sumqayıt” klubuna güzəşt olunmuşdu. Bundan sonra Çodarov hüququnu CAS-da müdafiə etməyə məcbur qalmışdı. Beynəlxalq İdman Arbitraj Məhkəməsi isə məşqçinin haqlı olduğuna, dolayısı ilə Rüstəmzadənin rəhbərlik etdiyi qurumun düzgün addım atdığına qərar verdi.

Bundan təsirlənən Nailə xanım aşağıda təqdim etdiyimiz paylaşımı edib və prosesin bu qədər uzanmasına, problemin böyüməsinə səbəbkar olanları nişan verib. O da məlum olur ki, Rüstəmzadə məhz bu kimi qərəzli qərarlar üzündən postu ilə vidalaşıb.

Bəri başdan qeyd edək ki, paylaşımı nöqtə-vergülünə toxunmadan dərc edirik. Bir sıra qramatik səhvlər, anlaşılmaz fikirlər ola bilər.

Bu gün çox vacib bir xəbər ilə bölüşmək istəyirəm. Konfidensial olmaqdan çıxıb və mən bölüşürəm. Sumqayıt Futbol Klubunun sabiq məşqçisi Elnur Çodarov Sumqayıt Futbol Klubuna qarşı Lozannada İdman Arbitrajındakı (CAS) məhkəmə işini uddu!

Tarixdə ilk dəfə CAS-da Azərbaycana aid futbolda məşqçinin müqavilə üzrə şərtlərin pozulması işinə baxılıb. Azərbaycanın premyer liqasında yer alan futbol klubunun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməməsinə görə iddiaçının hüquqlarının pozulmasına görə CAS-da işin uduzması ölkəmizdə idman hüququnun inkişafı nöqteyi-nəzərindən, eləcə də gələcəkdə idmançılarla müqavilələrin səmərəli tənzimlənməsi üçün çox əhəmiyyətlidir.

Məsələni ictimaiyyət və jurnalistlər üçün izah edim.

Hamıya məlumdur ki 5 il ərzində AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri olaraq təmənnasız işləmişəm. Bu müddət ərzində Komitə çoxlu şikayətlərə, məhkəmədənkənar dediyimiz işlərə baxıb, yeni presedentlər, qərarlar yaranıb, islahatlar həyata keçirilmişdir. Həmin fəaliyyət Komitənin hər bir üzvünün (onlara təşəkkürümü bildirirəm) və mənim zəhmətimin nəticəsi olmuşdur. Mən bunu həmişə pərdə arxasında bəlkə də görünməyən, ama ölkəmizin idman hüququnun inkişafı və futbolun daha səmərəli hüquqi tənzimlənməsi naminə fəaliyyət adlandırmışam. Fəliyyətimin əsas prinsipləri ədalət, qanunun aliliyi və qərarın altında qoyduğum imzama hörmətim idi.

Elnur Çodarov hamı kimi Komitəyə şikayətlə müraciət etmiş və Sumqayıt Futbol Klubu tərəfindən onun əmək hüquqlarının pozulmasını iddia edərək Komitənin məsələyə baxıb ədalətin bərpa edilməsini xahiş etmişdir. İş bütün prosedurlara əməl olunaraq baxıldı və onu iddiasınıın qismən təmin olunmasına dair tərəfimizdən qərar qəbul edildi. Ədalətli və hüquqa dayanan qərar qəbul edildi. Burada bir məqama diqqət yetirməliyik ki, həmin qərar da AFFA çərçivəsində fəaliyyət göstərən Oyunçuların Statusu və Transferi Komitəsinin qərarıdır.

Qərarın nəticəsi ilə razı olmayan Sumqayıt Futbol Klubu apellyasiya hüququndan istifadə edərək işi göndərir AFFA-nın Apellyasiya Komitəsinə.

Burada – AFFA-nın Apellyasiya Komitəsində faciə baş verir. Hüquq, idman hüququ, ədalət, qanunun aliliyindən xəbərsiz olan Apellyasiya Komitəsi tərəfindən mənim qərarım ləğv edilir. Həm də bütün mümkün olan və olmayan prosedur qaydalarını pozaraq. Nə üçün bunu edir artıq sizin və aidiyyəti qurumların şərhinə qoyuram. Belə qərarın altında qol çəkməyə mən utanardım və bu barədə AFFA-ya bildirdim. Elnurun hüquqları yenidən pozuldu. Burada da bir məqama diqqət yetirməliyik, AFFA nə mənim sədrlik etdiyim Komitənin qərarına, nə də Apellyasiya Komitəsinin sədrinin qəarına müdaxilə edə bilməz, çünki Komitələr qərarlar qəbul etməyə müstəqildir. Digər sözlə CAS-da AFFA-nın ikinci cavabdeh qismində olması məncə düzgün olmamışdır, günahkar məhz AFFA-nın Apellyasiya Komitəsi olmuşdur.

Etiraf edirəm mənə çox mənfi tərzdə təsir elədi, hətta ruhdan saldı. Mən AFFA-nın məhz bu vəzifəsindən ayrılmağa qərarını verdim və bu barədə Sərhan müəllimə bildirdim. Mənim fəaliyyətim əgər bu dərəcədə dəyərsizdirsə, növbəti Konfransda yenidən seçilmək istəmirəm deyə rəhbərliyə bildirdim. Apellyasiya Komitəsində idman hüququndan anlayışı olan insanların olmasının vacibliyini vurğuladım.

Elnur Çodarovun Sumqayıt Futbol Klubuna qarşı CAS-a müraciət etmək və məhkəmə işi qaldırmaq istəyinə münasibətdə tərəfimdən mövqe bildirdim və işi 100% udacağını qeyd etdim. Elnur tərəddüd edirdi. Özünü hüquqşünas adlandıran hər bir kəs üçün bu iş 2+2=4 idi. Əmin idim ki udacaq və Elnur CAS-da uddu. Nailənin qərarı CAS-da təsdiq edildi. Apellyasiya Komitəsinin həmin o qanunsuz qərarı isə ləğv olundu.

Qeyd etməliyəm ki, hansı klub və ya kim tərəfindən şikayətin olması vacib deyil. Sumqayıt Futbol Klubunun rəhbərliyinə böyük hörmətim var, Elnuru isə Komitəyə müraciətindən öncə ümumiyyətlə tanımırdım. Komitəmiz heç kimin tərəfini tutmurdu. Əsas odur ki, bu qərarın təsdiqi gələcəyə xidmət edən qərardır, bizim hamımızın uşaqlarının yaşayacağı reallığa xidmət edəcəkdir.

Ümid edirəm ki, CAS-ın bu qərarı nəticəsində ölkəmizdə idmançılarla bağlanan müqavilələrə daha diqqətli yanaşmanı hamımız birlikdə müşahidə edəcəyik. Unutmamalıyıq ki, idmançılar bir çox hallarda bizim bayrağımızı qaldıran insanlardır.

Bu qərarın Azərbaycan futbolunun inkişafı üçün bu gün yox, sabah da deyil, illər sonra əhəmiyyətini anlayacayıq.

“Pacta sunt servanda”

Axıra qədər oxuduğunuza görə minnətdaram və statusu öz səhifələrində bölüşənlərə əvvəlcədən təşəkkür edirəm.

P.S. Hər birimizin yanında dost, rəfiqə, həmkar, sevgili, valideyn istənilən statusda insanlar var ki deyir “Sənə lazımdır?”, “Nə üçün özünü öldürürsən?”, “Kim sənin təhsilinə baxır?” , “Kimə lazımdır sənin pulsuz fəaliyyətin?”, “Kim dəyər verəcək ki?”.

Cavab təkdir, vətənpərvərlikdir və onun ətrafında digər məqamlar.

Sualı olanlar @nailasportslaw instaqram səhifəsinə müraciət edə bilərlər.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2023-09-16 11:20

Yığmamızın iki oyun üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2023-09-16 11:02

Nailə Rüstəmzadə əsl günahkarları nişan verdi: “Belə qərarın altında qol çəkməyə utanardım”

blank
Digər idman növləri2023-09-16 10:54

AÇ-də uğur qazanan şahmatçılarımız Bakıya qayıtdılar

blank
Ölkə futbolu2023-09-16 10:43

“Zirə”yə hakim də mane ola bilmədi

blank
Dünya futbolu2023-09-16 09:00

“Eyndhoven”dən Ozan Canlı heç-heçə

blank
Dünya futbolu2023-09-16 08:29

Dadaşovlu “Dinamo”dan darmadağın

blank
Premyer-liqa2023-09-16 08:00

“Kəpəz” “Səbail”ə, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2023-09-16 01:15

“Alaves” səfərdən xalsız döndü

blank
Dünya futbolu2023-09-16 01:02

PSJ doğma meydanda uduzdu

blank
Dünya futbolu2023-09-16 00:42

“Qarabağ”ın rəqibindən “Bayern”lə məhsuldar heç-heçə

blank
Ölkə futbolu2023-09-15 23:45

“Zəngəzur” Avropa kubokunun yarımfinalında

blank
Ölkə futbolu2023-09-15 23:20

Hüseynov darmadağını kənardan izlədi

blank
Ölkə futbolu2023-09-15 22:55

“Qarabağ” – “Molde” oyununun biletləri satışa çıxarılacaq

blank
Milli komanda2023-09-15 22:25

“Üç xalı itirən tərəf biz olduq” – Borisov

blank
Milli komanda2023-09-15 21:52

Millimiz məğlubiyyətlə başladı

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:30

“Daha artığını etmək lazım idi” – Samir Abasov

blank
Premyer-liqa2023-09-15 20:06

“Qərəz olduğuna inanmıram” – Rəşad Sadıqov

blank
Digər idman növləri2023-09-15 19:34

Voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb

blank
I Liqa2023-09-15 19:15

“Qaradağ Lökbatan”la “Şamaxı”dan heç-heçə

blank
Premyer-liqa2023-09-15 18:59

“Zirə” “Sumqayıt”ı məğlub yola saldı

blank
Ölkə futbolu2023-09-15 18:20

Şeydayevdən iki məhsuldar ötürmə

blank
Digər idman növləri2023-09-15 17:58

Dünya çempionatı başlayır: rusların qayıdışı nəticələrə təsir göstərəcək

blank
Digər idman növləri2023-09-15 17:44

Basketbol yığmamız dünya reytinqində gerilədi

blank
Digər idman növləri2023-09-15 17:33

Milyarder qızından inamlı qələbə

blank
Digər idman növləri2023-09-15 17:14

AÇ-də gümüş medal qazanan Azərbaycan millisi təltif edildi

blank
Dünya futbolu2023-09-15 17:00

“Arsenal”da vida olacaq

blank
Digər idman növləri2023-09-15 16:47

“Maklaren” yalnız bir maşınını yeniləməyə macal tapdı

blank
Ölkə futbolu2023-09-15 16:30

AFFA cərimə olunmayıb

blank
Digər idman növləri2023-09-15 16:10

AÇ: Azərbaycan şahmatçıları komanda hesabında birinci oldular

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

Facebook

Gündəm