Bizi izləyin

Ölkə futbolu

CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!

blank
blank

Uzun sürən daha bir proses ədalətlə yekunlaşdı. AFFA rəhbərliyində məlum dairələrin böyük dəstək verdiyi Riad Rəfiyevin məğlubiyyəti rəsmiləşdi. Qərar dəyişdirən qurumların oyunbazlığı isə yalnız vaxt itkisinə və assosiasiyanın özünün də çətin vəziyyətə düşməsinə səbəb oldu.

“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun müraciəti əsasında Beynəlxalq İdman Arbitraj Məhkəməsi – CAS-ın araşdırması yekunlaşıb. Qurum məşqçinin şikayətində haqlı olduğunu, “Sumqayıt”ın ona ödəməkdən imtina etdiyi 3 aylıq maaşı bir ay ərzində çatdırması lazım gəldiyini qərarında göstərib. Bu barədə həm AFFA-ya, həm “Sumqayıt”a, həm də zərərçəkənin özünə məktub gəlib.

Qərar rəsmən açıqlanmadan – AFFA-nın bunu edəcəyinə əminik – kimin hansı formada cəzalandığını, kimin hansı haqqının bərpa edildiyini detallı yaza bilməyəcəyik. Dəqiq olan “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevin tapşırıqlarla dəyişdirilməsinə nail olduğu qərarın ləğv edilməsinin, məşqçiyə 3 aylıq maaşın ödənilməsinin vacibliyinin məktubda vurğulanmasıdır. Elnur bəyə yaradılan problemə görə klub əlavə cərimə də ödəyəcək. Eyni zamanda AFFA müvafiq qurumunun səhvi ucbatından cəriməyə məruz qalıb.

Xatırlatma üçün yazaq ki, ötən ilin mayında AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlananda “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edildiyi bəlli oldu. Həmin qərarla oyunçuların Statusu və Transferi Komitəsinin “Klubda baş məşqçi köməkçisi vəzifəsini icra etmiş Elnur Çodarova klub tərəfindən kompensasiya ödənilməsi” barədə 17 mart 2022-ci il tarixli qərarı ləğv edildi.

O zaman Oyunçuların Statusu və Transferi Komitəsinin sözügedən qərarı ictimaiyyətə açıqlanmadığından bu barədə məlumatsız idik. Araşdırdıq və aydınlaşdı ki, sözügedən komitə Çodarovun müraciətini müsbət cavablayıbmış.

Ayxan Abbasov “Sumqayıt”ın baş məşqçi postundan istefaya göndəriləndə kompensasiya almağı bacarmışdı. Vaxtında işini etibarlı tutaraq bütün detallarına qədər dəqiq hazırlatdırdığı anlaşmanın tələbinə uyğun olaraq, məşqçi “kimyaçılar”ı çıxılmaz vəziyyətdə qoydu, klubun menecer-prezidenti Riad Rəfiyev qəpiyinədək ödəniş etməkdən boyun qaçıra bilmədi.

Eyni müqavilə köməkçilərlə də bağlanmışdı. Yalnız Çodarov Abbasovla birlikdə klubu tərk etdiyindən, onun müqavilə şərtlərinin yerinə yetirilməsi gündəmdə idi. Amma klub rəhbərliyi, baş məşqçidən fərqli olaraq, Elnur bəyin müqavilə şərtlərini yerinə yetirməmişdi. O da öz növbəsində, sivil qaydada Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdi. Qurum məşqçinin haqlı olduğunu araşdırıb və martın 17-də klubun müqavilənin qalan hissəsinin kompensasiyasının ödənilməsinin vacibliyi haqda qərar çıxarmışdı.

Proses qanunauyğun şəkildə davam etdiyindən mətbuata çıxmamışdı. Lakin “Sumqayıt” son anda cığallıq edərək bu pulu məşqçiyə ödəməmək arzusuna düşüb və Apellyasiya Arbitraj Tribunalına müraciət edib. Tribunal isə hansısa səbəbləri əsas götürərək klubun şikayətini təmin edib.

Məşqçi haqlı ola-ola tribunalın belə qərar verməsi təsadüfi deyildi. Qurum üzvlərinin böyük əksəriyyəti Riad Rəfiyevlə, onun himayədarı olan AFFA-nın vitse-prezidenti Elxan Məmmədovla dost idi. Nazir təyin olunanadək həm Tribunalın rəhbəri, həm də “Sumqayıt”ın Müşahidə Şurasının sədri olan (!) Muxtar Babayev bu məsələdə önəmli rol oynamışdı. Qurumun rəhbəri Ziya Babayev də sələfinin sözündən çıxa bilməmiş, dost-tanışın istəyinə uyğun addım atmışdı.

Bütün bunları nəzərə alsaq, qərarın verilməsində hansı amillərin rol oynadığını təsəvvür etmək çətin deyil. İş həqiqətən qanun çərçivəsində həll olunsaydı, Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ləğv edilə bilməzdi. Məsələni bitmiş saymayan Çodarov olayı CAS-a daşıdı, hüquqşünasla əməkdaşlığa başladı, haqqını müdafiə etdi.

Hələ o zaman Çodarov addımına belə haqq qazanırmışdı: “Sumqayıt” Futbol Klubunun müqaviləni üzürsüz səbəbdən birtərəfli şəkildə pozması ilə bağlı AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət etmişdim. Komitə məsələni araşdırdıqdan sonra klubun müqaviləyə birtərəfli şəkildə xitam verməklə müqavilə şərtlərini pozduğunu və dörd aylıq əmək haqqımı ödəməli olduğunu qərara almışdı. Amma “Sumqayıt” bununla bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət etdi, tribunal komitənin qərarını ləğv etdi.Hüquqi baxımdan sona qədər haqqımı tələb edəcəm. İndi onu deyə bilərəm ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı şikayətə baxarkən əsasnaməsinin 11-ci bəndini kobud şəkildə pozub. Tribunalın 11-ci maddəsində deyilir ki, Apellyasiya şikayətini qəbul etdikdən sonra Tribunalın katibi bunu cavabdehə bildirir və cavabdehin öz cavabını verməsi üçün Apellyasiya şikayətini aldıqdan sonra 10 gün müddət müəyyən edir. Amma mənə hər hansı bildiriş verilməyib və aprel ayının 1-də elektron məktub göndərərək 8 aprel tarixinə iclas təyin etdiklərini yazıblar. Bu isə həmin iclasın və orada qəbul olunan qərarın keçərsiz olduğunu göstərir”.

Tribunalın qərra verdiyi izahatdan sonra isə Çodarov hüquqi prosedura başladı: “AFFA-nın Apellyasiya Arbitraj Tribunalı artıq qərarın ləğvində nəyə əsaslandığını mənə göndərib. Bununla bağlı vəkilimə də məlumat vermişəm. Tribunal qərarı AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin bəzi prosedur qaydalarını pozduğunu əsas gətirərək ləğv edib. Qərarda mənim haqsız olduğum barədə heç nə yoxdur. Amma dediyim kimi, vəkilimlə bu haqda danışmışam və araşdırma nəticəsində məlum olub ki, komitə hər hansı qaydanı pozmayıb. Artıq növbəti addım CAS-dır. Bununla bağlı fəaliyyətə Tribunalın qərarını aldıqdan dərhal sonra başlamışam. CAS-a müraciətlə bağlı ilk addımı atmışıq. Yəni, rəsmi prosedura start vermişik”.

Elnur bəy CAS-a üz tutmazdan əvvəl AFFA-nın yeni baş katibi Sərxan Hacıyevə məktub göndərərək vəziyyətlə əlaqədar tam məlumat verib: “AFFA-nın Apellyasiya Arbitraj Tribunalının işə baxarkən öz əsasnaməsini pozduğunu da qeyd etmişəm. Həmçinin istədim ki, atacağım addım barədə əvvəldən məlumat verim. Çünki CAS-da cavabdeh qismində yalnız “Sumqayıt” klubu olmayacaq. Şikayət AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarından olduğu üçün federasiya da cavabdeh qismində olacaq”.

Beləliklə, 2021-ci ilin dekabrında istefaya göndərilən, şikayətini ötən iln mayında edən Çodarovun haqqı 16 ay sonra təmin edildi. “Sumqayıt” hazırda “Turan Tovuz”da işləyən məşqçinin 3 aylıq maaşını ödəyəcək, prosesdə çəkdiyi bütün xərcləri qarşılayacaq və əlavə cərimə ödəyəcək. AFFA da müvafiq qurumunun günahı üzündən sanksiyaya məruz qalacaq.

Ötən müddətdə AFFA-nın sözügedən komitələrində çox şey dəyişib, Apellyasiya Arbitraj Tribunalının isə heyəti bütünlüklə yenilənib. Təkcə Çodarovla bağlı qərar Tribunaldakı islahatların nə qədər doğru olduğunu deməyə  əsas verir. Elxan Məmmədovun xahişlə, tapşırıqla işləyən dostları artıq yoxdur, amma onların yanlış əməllərinin nəticələri indi AFFA-nı xəcalətli edib.

FƏRİD

P.S.: Tərəflərin rəsmi məktubları seyfdə saxlamayacağına, ictimaiyyəti məlumatlandıracağına ümid edirik.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm