Bizi izləyin

Ölkə futbolu

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
blank

Misli Premyer Liqasının XXXII turu qol baxımından kasad keçdi. 5 oyunda qapılara cəmi 8 qol vuruldu ki, əslində, bu, başadüşüləndir. Mövsümün sonu yaxınlaşdıqca komandalar daha ehtiyatlı oynamağı üstün tuturlar. Çünki son turlarda buraxılacaq səhvlər onlara baha başa gələ bilər. Buna görə də, hər bir xala böyük ehtiyacı olan komandalar hücumdan çox müdafiəni düşünürlər.

Hesabat turu daha 2 məqamla yadda qaldı. Birincisi, “Qəbələ”nin mövsümü sonuncu pillədə bitirəcəyi dəqiqləşdi. İkincisi, turnir cədvəlində 2-ci yerin sahibi yenə dəyişdi. Son turlarda inamlı təsir bağışlayan “Zirə” sürpriz xal itkisi ilə üzləşdi, nəticədə yerini “Sumqayıt”a təhvil verdi.

“Sabah”dan ardıcıl 3-cü qələbə

Əvvəlki 2 turda qələbə qazanan “Sabah” uğurlu seriyasını “Səbail”lə görüşdə də davam etdirmək istəyirdi. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. İlk 20 dəqiqə ərzində hər iki komandanın qol vəziyyətləri olsa da, həm “Səbail”in, həm də “Sabah”ın qapıçısı səhvsiz oynayırdı. Nəhayət, 22-ci dəqiqədə hesab dəyişdi. Korner yerinə yetirən ev sahibləri ev tapşırığı icra etdilər və yekunda Cesse Sekidikanın ötürməsindən sonra müdafiəçi Con İrasabal sol ayağı ilə qüvvətli zərbə vuraraq, topu tora qovuşdurdu.

Hesabda geri düşən “Səbail” böyük qüvvə ilə irəli atıldı. Şahin Diniyevin komandası ardıcıl hücumlar quraraq qol vəziyyətləri yaratsa da, “Sabah”ın qolkiperi Yusif İmanovun inamlı oyunu hesabın bərabərləşməsinə imkan vermədi. Əvəzində ev sahibləri fasiləyədək ikinci qolu vurdular. Kahim Parrisin ötürməsindən sonra Cesse Sekidika topu qapıdan keçirməkdə çətinlik çəkmədi.

Qonaqlar ikinci hissəyə 2 əvəzetmə ilə başladılar. Diniyev hücumların kəsərini artırmaq üçün Valdemar Almeyda və Suleyman Alluşu meydana buraxdı. 58-ci dəqiqədə Aleksandr Ramalinqomun akrobatik zərbəsini oyunun qəhrəmanı Yusif İmanov əla seyvlə dəf etdi. “Sabah”ın cavab həmləsində isə İshak Belfodilin sol ayağı ilə baxımlı zərbəsinin qarşısını qapı tiri kəsdi. Sonrakı dəqiqələrdə qol səsi çıxmadı və “Sabah” qələbə seriyasını 3-ə çatdırdı.

Qeyd edək ki, bu komandaların ilk dövrədəki matçında 2:2 hesablı heç-heçə, ikinci dövrədəki oyununda “Sabah”ın 4:0 hesablı qələbəsi, üçüncü dövrədəki görüşündə isə “Səbail”in 2:0 hesablı qalibiyyəti qeydə alınmışdı.

Xilaskar ola bilməyən Sxadadze

Turun ən maraqla gözlənilən oyunlarından biri Qəbələdə baş tutdu. Autsayderlərin derbisi meydan sahibləri üçün Premyer Liqada qalmaq yolunda son şans idi. Ancaq “Qəbələ” evdə “Kəpəz”ə uduzmaqla bu şansı da əldən verdi.

Matçda erkən qol vuruldu. Oyuna böyük ümidlərlə başlayan “Qəbələ” artıq 7-ci dəqiqədə qapısından top buraxdı. Latir Falın cərimə zərbəsindən ötürməsindən sonra ev sahibləri topu qapıları önündən uzaqlaşdıra bilmədilər və fürsətdən istifadə edən Martins Junior dəqiq zərbə ilə toru silkələdi. “Qəbələ” cəmi 3 dəqiqə sonra hesabı bərabərləşdirməyə çox yaxın olsa da, Əyyub Allaş topu boş qapıya göndərməyi bacarmadı. Allaş bir qədər sonra yenidən diqqət mərkəzinə düşdü. Onun budəfəki zərbəsinin qarşısını isə “Kəpəz”in qapıçısı İqor Rodriqes kəsdi. 35-ci dəqiqədə “Qəbələ”nin növbəti hücumu zamanı Murad Musayevin başla zərbəsi qapı tirinə tuş gəldi. “Qırmızı-qaralar”ın cəhdlərinə baxmayaraq, ilk hissə “Kəpəz”in hesabda üstünlüyü ilə bitdi.

Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. “Qəbələ”nin hücumları yenə məntiqi sonluğa çatmırdı. “Kəpəz”in qolkiperi Rodriges ikinci hissəni də səhvsiz keçirdi və oyunun qəhrəmanı oldu. Beləliklə, həyati əhəmiyyətli görüşdə uduzan “Qəbələ”nin cari mövsümü sonuncu pillədə bitirəcəyi rəsmiləşdi. Mövsümün gedişində gürcüstanlı mütəxəssis Kaxaber Sxadadzeni xilaskar rolunda baş məşqçi postuna gətirən klub rəhbərliyinin planı baş tutmadı.

“Neftçi”dən rahat qalibiyyət, “Turan Tovuz”u cəzalandıran tovuzlu

İkincilik mübarizəsi aparan “Neftçi” “Turan Tovuz”la oyunlarda adətən çətinliklə üzləşsə də, budəfəki görüşdə rahat qələbə qazandı. Artıq 15-ci dəqiqədə hesab açıldı. Kilan Lebonun ötürməsindən sonra Filip Ozobiç cərimə meydançası daxilindən yaxın küncü dəqiq nişan aldı. 31-ci dəqiqədə ev sahibləri penalti vurmaq hüququ qazandılar. Hakim “Neftçi”nin müdafiəçisi Yuri Matiasa qarşı cərimə meydançası daxilində kobud oynanıldığını əsas gətirərək, qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Zərərçəkən özü penaltini dəqiq yerinə yetirdi və komandasının üstünlüyünü 2 topa çatdırdı. “Turan Tovuz”un qapıçısı Aydın Bayramov zərbənin istiqamətini tapıb topa toxunsa da, qola mane ola bilmədi. Tovuzluların fasiləyədək hesabı azaltmaq cəhdləri səmərəsiz qaldı.

İkinci hissə də “Turan Tovuz” üçün yaxşı keçmədi. 63-cü dəqiqədə Ayxan Abbasovun komandası meydanda azlıqda qaldı. İlk hissədə penaltiyə səbəb olan və sarı vərəqə ilə cəzalandırılan Bruno Qonçalves bu dəfə topsuz epizodda rəqib futbolçu Höccət Haqverdiyə etdiyi hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı və meydandan uzaqlaşdırıldı.

70-ci dəqiqədə “Neftçi” oyunda ikinci dəfə penalti vurmaq hüququ qazandı. VAR-ın müdaxiləsindən sonra baş hakim Rəvan Həmzəzadə epizodun təkrarına baxaraq, “Turan Tovuz”un müdafiəçisi Slavik Alxasovun rəqib futbolçu Andre Şinyaşikiyə qarşı kobud oyununu penalti kimi qiymətləndirdi. Bu dəfə ağ nöqtəyə Rəhman Hacıyev yaxınlaşdı və dəqiq zərbə ilə doğma şəhərinin komandasını məyus etdi. Bu, Hacıyevin cari mövsümdə 7-ci qolu oldu. Beləliklə, “Neftçi” “Turan Tovuz” üzərində rahat qələbə qazanaraq ikincilik mübarizəsini davam etdirmiş oldu.

Yeri gəlmişkən, bu komandaların ilk dövrədəki oyununda “Neftçi” 1:0, ikinci dövrədəki matçında 3:2 hesablı qələbə qazanmış, üçüncü dövrədəki görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

Ayağı düşərli debütant

Avrokuboklara vəsiqə qazanmağa, həmçinin mövsümü ikinci pillədə bitirməyə iddialı olan “Sumqayıt” bu tur “Qarabağ”ı qəbul etdi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna 9300 tamaşaçının toplaşması matçın marağını bir qədər də artırırdı. Çempionluğu vaxtından əvvəl təmin etmiş “Qarabağ” üçün bu görüş formal xarakter daşıdığı halda, “Sumqayıt”a qələbə hava-su kimi lazım idi. Meydan sahibləri bu qarşılaşmaya baş məşqçisiz çıxmışdılar. Samir Abasov “Barselona” klubunun düşərgəsində olduğu üçün “Qarabağ”la sınaqda komandasına rəhbərlik edə bilmirdi.

Oyunda ilk real qol vəziyyətini qonaqlar yaratdılar. Ümumiyyətlə, matç tam olaraq “Qarabağ”ın üstünlüyü şəraitində keçdi. 8-ci dəqiqədə Leandro Andradenin hava ötürməsindən sonra Yassin Benzianın başla zərbəsinin qarşısını qapı dirəyi kəsdi. Benzia bir qədər sonra yenidən diqqət mərkəzinə düşdü. Onun başla budəfəki zərbəsini isə “Sumqayıt”ın heyətində debüt edən gənc qolkiper Xəyal Fərzullayev dəf etdi. Benzianın ilk hissədəki 3-cü cəhdi də qolla nəticələnmədi. Onun cərimə meydançası həndəvərindən zərbəsinin qarşısını yenə dirək kəsdi.

“Qarabağ” fasilədən sonra da qol axtarışını davam etdirdi. 68-ci dəqiqədə Elvin Cəfərquliyevin zərbəsini dəf edən Xəyal Fərzullayev tribunaların alqışını qazandı. “Sumqayıt”ın oyun ərzində yaratdığı ilk təhlükəli epizod isə qolla nəticələndi. 70-ci dəqiqədə Rövlan Muradovun ötürməsindən sonra Roi Kehatın qapıya zərbəsinin qarşısını Andrey Lunyov kəsdi, epizodun davamında Abu Dossonun zərbəsi dirəyə tuş gəldi, dirəkdən qayıdan topu isə Kehat qapıdan keçirdi. Bu, Roinin mövsümdə 6-cı qolu oldu.

“Qarabağ” sonrakı dəqiqələrdə də bir neçə real qol şansını qaçırdı. Əvvəlcə Juninyo rəqib qolkiperi keçsə də, topu qapıya göndərə bilmədi. Ardınca Elvin Cəfərquliyevin ötürməsindən sonra boş mövqedə qərarlaşan Toral Bayramovun yaxın məsafədən başla zərbəsində dəqiqlik çatışmadı.

Matça əlavə olunmuş dəqiqədə “Qarabağ”lı futbolçular Benzianın zərbəsindən sonra topun “Sumqayıt”ın üzvü Vüqar Mustafayevin əlinə dəydiyini əsas gətirərək, penalti tələb etdilər. Lakin VAR-da epizodun təkrarına baxan baş hakim Rauf Cabbarov 11 metrlik nöqtəni göstərmədi. Nəticədə oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələndi. Bu qalibiyyət sayəsində “Sumqayıt” “Neftçi” ilə xallarını yenidən bərabərləşdirdi.

Baxşıyevli “Araz-Naxçıvan” tilsimi qırdı

Tura “Zirə” – “Araz-Naxçıvan” matçı ilə yekun vuruldu. “Neftçi” və “Sumqayıt”ın qələbə qazanması “Zirə”ni də eyni nəticəyə imza atmağa məcbur edirdi. Əks təqdirdə, “qartallar” 2-ci pilləni tərk etməli olacaqdılar. Əslində, autsayderlər qrupunda qərarlaşan və son vaxtlar qələbə üzünə həsrət qalan “Araz-Naxçıvan”la görüşdə “Zirə”nin xal itirəcəyini heç kim proqnozlaşdırmırdı. Amma əbəs yerə deməyiblər ki, sən saydığını say, gör fələk nə sayır.

Elmar Baxşıyevin gəlişindən sonra da uğurlu nəticəyə imza ata bilməyən Naxçıvan klubu yeni baş məşqçisinin rəhbərliyi altında ilk qələbəsini qazanmaq istəyirdi. “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov rəqibdən ənənəvi oyun üslubunu gözlədiyi halda, “Araz-Naxçıvan” bu görüşdə daha çox müdafiəyə fikir verdi və bununla meydanı xal və ya xallarla tərk etmək istədiyini təsdiqlədi.

Rəqib müdafiəsini yarmaqda çətinlik çəkən “Zirə” ilk qol vəziyyətini ancaq 25-ci dəqiqədə yarada bildi. Salifu Suma qapıçı ilə təkbətək qaldığı epizodda dəqiq zərbə vurmağı bacarmadı. İlk hissədə meydan sahiblərinin başqa real qol şansı olmadı.

İkinci yarının ilk 20 dəqiqəsində də eyni ssenari davam etdiyi üçün Rəşad Sadıqov hücum xəttini gücləndirmək məqsədilə 72-ci dəqiqədə 3 əvəzetmə edərək Rüstəm Əhmədzadə, Vladislav Kulaç və Eldar Quliyevi meydana buraxdı. Düzdür, bunadək Rafael Utziq topu qapıdan keçirməyi bacarmışdı. Amma həmin epizodda ofsayd qeydə alındığı üçün qol sayılmamışdı.

“Zirə” qalan dəqiqələrdə nə qədər çalışsa da, “Araz-Naxçıvan”ın müdafiə xəttini yara bilmədi. Əvəzində 89-cu dəqiqədə meydan sahibləri üçün “soyuq duş” oldu. Miço Kuzmanoviçin kornerdən ötürməsini dəqiq baş zərbəsi ilə qola çevirən İqor Ribeyro matçın taleyini həll etdi. Bu qol sayəsində “Araz-Naxçıvan” Elmar Baxşıyevin rəhbərliyi altında ilk qələbəsini qazandı, “Zirə” isə 2-ci pillədən 4-cü yerə yuvarlandı.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Digər idman növləri2024-04-30 11:15

MBA: Daha iki konfrans yarımfinalçısı məlum oldu

blank
Müsahibə2024-04-30 10:58

Xəyalın reallaşan xəyalı: “Bu, məsuliyyətdən qaynaqlanan həyəcan idi”

blank
Digər idman növləri2024-04-30 10:43

Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bilindi

blank
Ölkə futbolu2024-04-30 10:29

“Qarabağ” üçün daha bir potensial rəqib

blank
Dünya futbolu2024-04-30 10:15

İngilis futbolçu bunu ilk dəfə bacardı

blank
Digər2024-04-30 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-30 09:50

“Turu keçmək üçün hazır durumdayıq”

blank
Dünya futbolu2024-04-30 09:41

Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

blank
Premyer-liqa2024-04-30 09:30

“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç

blank
Ölkə futbolu2024-04-30 09:15

“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür

blank
Dünya futbolu2024-04-30 09:03

Ukrayna millisinin sabiq baş məşqçisi vəfat edib

blank
Dünya futbolu2024-04-30 08:51

Hüseynovlu “Arda” səfərdən 1 xalla qayıtdı

blank
Ölkə futbolu2024-04-30 08:34

Azərbaycan çempionatında antirekord təkrarlandı

blank
Ölkə futbolu2024-04-30 08:17

Premyer Liqada mövsümün rekordu – 50 nəfərlik fərqlə

blank
Ölkə futbolu2024-04-30 08:00

“Zirə”yə gözlənilməz zərbə

blank
Dünya futbolu2024-04-30 01:16

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-30 00:54

“Cenoa” 3 xalı 3 qolla qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm