Dünya futbolu
“Napoli” də xal itirdi, “Yuventus” da
İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.
“İnter” evdə “Latsio” üzərində əzmkar qələbəyə sevinib. “Bolonya”nın qonağı olan “Yuventus” xal itkisi ilə üzləşib. Lider “Napoli” də “Salernitana” ilə oyunda qələbəni əldən verib. Halbuki, Neapol təmsilçisi bu oyunda qalib gələcəyi halda vaxtından öncə çempionluğu təmin etmiş olacaqdı.
Hazırda 79 xala malik “Napoli” vahid liderdir. “Latsio” 61 xalla ikinci, “Yuventus” 60 xalla üçüncü pillədə qərarlaşıb. “İnter”, “Milan” və “Roma”nın isə 57 xalı var.
İtaliya A Seriyası
32-ci tur
28 aprel
Leççe – Udineze 1:0
Qol: Strefezza, 62-pen.
Spetsiya – Montsa 0:2
Qol: Çiurria 21. K.Auqusto, 90+3.
29 aprel
Roma – Milan 1:1
Qol: Abraham, 90+4 – Salemakers, 90+7.
Torino – Atalanta 1:2
Qol: Sanabria, 75 – Zappakosta, 34. Sapata, 88.
30 aprel
İnter – Latsio 3:1
Qol: L.Martines, 78; 90. Qosens, 83 – F.Anderson, 30.
Kremoneze – Verona 1:1
Qol: Okereke, 9 – S.Verdi, 75.
Napoli – Salernitana 1:1
Qol: M.Oliveyra, 62 – B.Dia, 84.
Sassuolo – Empoli 2:1
Qol: Berardi, 82; 90+7 – Kambyaqi, 11.
Fiorentina – Sampdoriya 5:0
Qol: Kastrovilli, 45+2. Dodo, 62. Dunkan, 66. Kuame, 76. Terziç, 88.
Bolonya – Yuventus 1:1
Qol: Orsolini, 10-pen – Milik, 61.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq