Dünya futbolu
“Napoli”nin evdə məğlubiyyətsiz seriyası sona çatdı
“Napoli” İtaliya A Seriyasının 25-ci turunda “Latsio”ya doğma meydanda 0:1 hesabıyla uduzub.
Futbolinfo.az xəbər verir ki, bununla da, neapolluların evdə keçirdiyi çempionat matçlarında təxminən bir ilə yaxın davam edən məğlubiyyətsizlik seriyası sona çatıb.
Bu müddətdə Luçano Spalettinin futbolçuları A Seriyasında 12 qələbə qazanıb, iki dəfə “sülh”ə razılaşıb.
Neapol təmsilçisi hazırda 65 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.