Dünya futbolu
“Napoli” yenə baş məşqçisini dəyişdi
“Napoli”də növbəti baş məşqçi dəyişikliyi reallaşıb. Uğursuzluqdan qurtula bilməyən son İtaliya çempionu Valter Matsarrini istefaya göndərilib. Onun yerinə Françesko Kalzona təyin edilib.
Xatırladaq ki, Kalzona əvvəllər “Napoli”də işləyib. O, Luçano Spallettinin köməkçisi, sonra isə texniki inkişaf üzrə məşqçi kimi çalışıb. Mütəxəssis Slovakiya millisinin də baş məşqçisi vəzifəsində qalacaq.
Qeyd edək ki, Kalzona bu mövsüm Neapol təmsilçisinin 3-cü baş məşqçisidir. Matsarridən əvvəl komandanı Rudi Qarsiya çalışdırırdı.