Digər idman növləri
“Neftçi” Azərbaycan çempionatında 11-ci qələbəsini qazandı
Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan turun açılış oyununda “Neftçi” və “Gəncə” klubları üz-üzə gəliblər.
Pley-off zonasında qərarlaşan “Neftçi” rəqibi üzərində 97:62 hesablı rahat qələbəyə sevinib. Bu, Bakı təmsilçisinin çempionatda 11-ci qələbəsi olub.
Ən məhsuldar basketbolçular “Neftçi”dən DiAncelo Stüart (17 xal, 7 ribaund), “Gəncə”dən İrşad Hant (19 xal, 11 ribaund) olublar.
15-ci turun növbəti oyunları (“Xırdalan” – “Xəzri”, “NTD-İndiqo” – “Sərhədçi”, “Cəlilabad” – “Sabah”, “Şəki” – “Sumqayıt”) 15, 16 və 17 mart tarixlərində baş tutacaq.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə