Müsahibə
“Neftçi” böyük komandadır, amma onları məğlub edə bilərik”
Azərbaycan Kubokunun yarımfinalında “Neftçi” ilə qarşılaşacaq “Zirə”nin futbolçusu Məhəmməd Hamdauinin futbolinfo.az-a müsahibəsi
- “Səbail”lə oyunda qazandığınız qələbə haqqında fikirləriniz necədir?
- Mənim fikrimcə, bizim ən yaxşı oyunumuz deyildi. Çox qol epizodu yaratdıq və daha çox qol vura bilərdik. Amma istənilən halda 3 xalı əldə etdik və buna görə sevinməliyik.
- Hazırda “Qəbələ” ilə 4 xallıq fərq yarandı. Bu sizi müəyyən qədər rahatlatdı və avrokuboklara yaxınlaşdırdı?
- Biz yalnız öz nəticələrimizə fokuslanmışıq. Sonda nə əldə edəcəyimizi görəcəyik. Çünki qarşıda daha 5 matçımız var və bu matçlar zamanı hər şey baş verə bilər.
- Bu həftə sizin üçün daha çətin olacaq, həm kubokda, həm çempionatda matçınız var..
- Biz artıq bu həftəyə tam hazırıq. Düşünürəm ki, qələbələr üçün köklənmişik və yaxşı nəticə əldə etməyə çalışacağıq.
- Azərbaycan Kubokunu qazanmaq mümkün görünür?
- Bu çox çətindir. Amma çalışmaq, motivasiyanı yüksək tutmaq lazımdır. Əlbəttə ki, mümkündür. Bunu əldə etməyə çalışacağıq.
- “Neftçi”ni məğlub etmək üçün nə lazımdır?
- “Neftçi” böyük komandadır və mən onlara hörmət edirəm. Amma bilirəm ki, biz onları məğlub edə bilərik. Buna ümidlərim böyükdür. İstəklərimizi meydanda həyata keçirməliyik.
CAVAD
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…