Ölkə futbolu
“Neftçi” fransalı futbolçunu istəyir
Bolqarıstanın “Beroe” klubunun futbolçusu Teddi Mezaqe karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə “Neftçi” klubu maraqlanır.
Bu barədə “Footmercato.net” saytı məlumat yayıb. “Neftçi”ylə yanaşı, Xorvatiyanın “Hayduk” və Fransanın bəzi 2-ci liqa klubları da Mezaqe ilə maraqlanır.
Teddi Fransa mətbuatına açıqlamasında bir neçə klubdan transfer təklifi aldığını təsdiqləyib.
Daha əvvəl Fransada “Monpelye”, “Martiqes”, İngiltərədə “Leyton Orient”, Belçikada “Muskron”, Rumıniyada “Dinamo”, İsraildə “Hapoel Raanana” kimi komandalarda çıxış edən Teddi yeni klubuna azad agent kimi keçəcək.
2020-ci ilin yanvarından “Beroe”da çıxış edən müdafiəçinin klubla müqaviləsi iyunun sonuna qədərdir.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var