Ölkə futbolu
“Neftçi” İK liderə qarşı
Bu gün futzal üzrə Yüksək Liqada 12-ci turun oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, turun mərkəzi matçında son çempion “Araz-Naxçıvan” “Neftçi İK” ilə üz-üzə gələcək.
Hesabat turunda həmçinin “Yasamal Bakı” – “Record club” və “Baku Fire” – U-19 matçları da gerçəkləşəcək. Bütün qarşılaşmalar Bakı İdman Sarayında olacaq.
Hazırda “Araz-Naxçıvan” 28 xalla liderdir. “Baku Fire” 24 xalla ikinci, “Neftçi İk” 23 xalla üçüncü pillədə qərarlaşıb. “Yasamal Bakı” 8 xalla dördüncü, U-19 6 xalla beşinci, “Record” 4 xalla altıncı sıradadır.
14:00. “Neftçi İK” – “Araz-Naxçıvan”
Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
16:15. “Yasamal Bakı” – “Record”
Hakimlər: Anar Fərəcov, Məmmədəli Kərimov, İmran Məhərrəmov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
18:15. “Baku Fire” – U-19
Hakimlər: Əli Cəbrayılov, Hidayət Feyzullayev, Mahir Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı