Ölkə futbolu
“Neftçi” “Styaua”nın sabiq baş məşqçisinə tapşırıldı
“Neftçi”nin yeni baş məşqçisi bəllidi. Futbolinfo.az xəbər verir ki, bakılılar 46 yaşlı rumın Laurentsiu Regekampfa tapşırıldı.
Bu barədə klub televiziyasında məlumat verilib. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
Karyerası ərzində bir sıra rumın klublarında çalışmış mütəxəssis 2 dəfə (hərəsində 2 il) məşhur “Styaua”ya başçılıq edib. “Əl-Hilal”da, “Liteks”də, “Əl-Vahda”da, “Əl-Vəsl”də, “Əl-Əhli”də çalışmış Regekampf, son olaraq “Universitatya Krayova”da işləyib.
Karyerasının ilk 3 ilində 7 iş yeri dəyişmiş məşqçi, daha sonra sabitliyə nail olsa da, haradasa uzunüddətli çalışmayıb. Amma ölkəsində ən ümidverici məşqçilərdən hesab olunur. Ümid edək, “Neftçi”də uğurlu olar.
“Styaua”nı iki dəfə Liqa 1-in qalibi edən mütəxəssis, bu komanda Rumıniya Superkubokunu və Liqa kubokunu qazandırıb. “Əl-Hilal”la Asiya Çempionlar Liqasının gümüş medallarını qazanan məşqçi, “Əl-Vahda” ilə BƏƏ Liqa kubokunun, BƏƏ Superkubokunun qalibi olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…