Digər idman növləri
“Neftçi” sürprizə imkan vermədi, “Sabah” vahid liderə çevrildi
Azərbaycan Basketbol Liqasında 9-cu turun həm açılış, həm də mərkəzi oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutmuş günün ilk oyununda “Neftçi” və “Sərhədçi” üz-üzə gəlib.
Bu görüşdə “Neftçi” 88:86 hesablı çətin qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Neftçi”dən Toraje Breyk (25 xal, 14 asist), “Sərhədçi”dən Brendon Miller (29 xal, 11 asist) olub.
Günün ikinci oyununda liderlər qrupunda qərarlaşmış “Xəzri” və “Sabah” komandaları qarşılaşıblar. Gərgin oyunun yekununda 84:80 hesabı ilə sevinən tərəf “Sabah” olub. Ən məhsuldar basketbolçular “Xəzri”də Amil Həmzəyev (17 xal, 5 ribaund), “Sabah”da Mayk Holton (18 xal, 4 asist) olub.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi