Digər idman növləri
“Neftçi” təxirə salınmış oyunda məğlub oldu
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci turdan təxirə salınan “Neftçi” – “Xarı bülbül” oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Xarı bülbül” komandasının üstünlüyü ilə başlayıb.
İlk hissədə 25:21 hesabı ilə qalib gələn Şuşa klubu sonrakı setləri də aktivinə yazıb – 25:23, 25:20.
Turun və ilk dövrənin son matçından sonra “Murov” 9 xalla turnir cədvəlinə liderlik edir. Bu gün qalib gələn “Xarı bülbül” 6 xalla 2-ci, hesabında 3 xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur.
Yüksək Liqa
2-ci turdan təxirə salınan oyun
31 yanvar
Neftçi – Xarı bülbül 0:3 (21:25, 23:25, 20:25)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq