Ölkə futbolu
“Neftçi” – “Zirə” matçı 1 manata
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində dekabrın 20-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarılıb.
Futbolinfo.az xəbər verir ki, qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/events/sport/neftci-pfk-zire-fk1/82434
“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, bu komandalar arasında dekabrın 8-də Zirə İdman Kompleksinin stadionunda keçirilmiş ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…