Ölkə futbolu
“Neftçi”də koronavirusa yoluxan 5-ci futbolçu
“Neftçi”nin daha bir futbolçusunda koronavirus aşkarlanıb. Bakılıların müdafiəçisi Anton Krivotsyuk məhz bu səbəbdən Premyer Liqanın 11-ci turunun açılış matçını buraxıb.
Milli komandanın düşərgəsində COVİD-19-a yoluxduğu ehtimal edilən futbolçu, onunla birgə yığmanın düşərgəsində olmuş Mirabdulla Abbasovdan fərqli, ötən turu buraxmamışdı. Komandanın hücumçusunun testi ötən həftə pozitiv çıxmışdısa, Antonun “Qəbələ”yə qarşı oynamasına əngəl yox idi. Həmin matçda (4:1) dubl edən futbolçu məhz “Zirə” ilə oyunqabağı yoxlama zamanı “ilişib”. Karantinə alınan Krivotsyukun azı 14 gün müalicə alacağı dəqiqdi.
Anton “Neftçi”də virusa yoluxan 5-ci futbolçudu. Emin Mahmudov və Mirabdulla Abbasovun müalicəsi davam edir, Prins İbarra və Cabir Əmirli isə artıq sağalaraq sıraya dönüb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…