Ölkə futbolu
“Neftçi”də macar müdafiəçi
“Neftçi” yeni transferini açıqlamağa hazırlaşır. Bakılılar yeni baş məşqçisi Adrian Mutunun istəyi ilə ikinci oyunçunu düşərgəyə gətirir.
Futbolinfo.az xəbər verir ki, macar mərkəz müdafiəçisi Mark Tamaşla razılıq əldə edilib. 29 yaşlı oyunçunun tezliklə Bakıya gəlib rəsmi müqaviləyə imza atması qalır.
“Videoton” yetirməsi vətənində “Puşkaş Akademiyası” və “Dyoşqyor” klublarında da çıxış edib. 2020-ci ildə Polşa “Şlask”ına keçən müdafiəçi ötən yay Rumıniya “Sepsi”sinə keçib. Bu klubla bir illik müqaviləsi qalan Tamaş indi “Neftçi”yə gəlir. Klublarını həmişə azad agent kimi tərk edən Markın “Neftçi”yə necə transfer olunduğu bəlli deyil.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”