Ölkə futbolu
“Neftçi”dən ayrılan hücumçu “Molde”də
“Neftçi”nin sabiq futbolçusu Aaron Olanarenin işsiz günləri başa çatıb.
Futbolinfo.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını yenidən Norveçdə davam etdirəcək.
Yanvarda Bakı klubundan ayrılan 29 yaşlı ön xətt oyunçusu həmin vaxtdan klubsuz idi. O, “Molde”yə keçmək qərarına gəlib. Vaxtilə Norveçdə “Valerenqa” və “Sarpsborq” klublarında çıxış etmiş Olanare “Molde” ilə müqavilənin şərtlərini razılaşdırıb. Yaxın günlərdə tərəflər münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Aaron Olanare mövsümün əvvəlində “Ərzurumspor”dan “Neftçi”yə keçsə də, qış fasiləsində müqaviləsinə xitam verilib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…