Ölkə futbolu
“Neftçi”dən ayrıldı, “Araz-Naxçıvan”a gedir
Vadar Nuriyevin “Neftçi”dən ayrılması təsadüfi deyil. Paytaxt klubunda seleksiya şöbəsinin üzvü olan sabiq müdafiəçi yeni iş təklifi aldığı üçün bu addımı atıb.
Futbolinfo.az-ın hələ xeyli öncədən xəbər veridyi kimi, Nuriyev “Araz-Naxçıvan”a gedir. O, yeni klubunda baş məşqçi Azər Bağırovun əsas köməkçisi olacaq. Təyinat tezliklə rəsmən elan olunacaq.
Baş əşqçi postuna Adrian Mutunun gəlişindən sonra “Neftçi”dəki perspektivi onsuz da dumanlı görünən Vadar bəy üçün yeni təklif göydəndüşmə olub. Tərəflər hər ikisinə sərf edən varianta – müqavilənin qarşılıqlı pozulmasına razılaşıb.
51 yaşlı mütəxəssis 1998-2001-ci illərdə “Neftçi”nin heyətində çıxış edib, Azərbaycan Kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev 2020-ci ilin iyulundan noyabrınadək əsas komandada köməkçi məşqçi, 2021-ci ilin fevralından bəri isə klubun seleksiya şöbəsində çalışıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə