Ölkə futbolu
“Neftçi”dən Qurbanova yubiley təbriki
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, “Neftçi-2”nin sabiq baş məşqçisi Mahmud Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik edib.
Futbolinfo.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Mahmud Qurbanov 1996-1997, 2004-2005-ci illər ərzində “Neftçi”nin heyətində 72 oyun keçirib, 6 qol vurub. “Neftçi” ilə Azərbaycan çempionatının (1997, 2004, 2005) və kubokunun (2004) qalibi olmuş “Professor” ləqəbli futbolçu 2018-2022-ci illərdə “Neftçi-2”ni çalışdırıb və 2020/2021 mövsümündə əvəzedici komanda ilə I Divizionun qalibi olub.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi