Ölkə futbolu
“Neftçi”ni lazım olan yerlərə gətirmək barədə düşünməliyik”
“Neftçi”nin yeni transferi Mark Tamaş ümidlidir. O, mövsümün ilk tutundakı uğursuzluğu tezliklə unutduracaqlarını deyir.
Macar mərkəz müdafiəçisi futbolinfo.az saytına açıqlamasında Gəncədəki məğlubiyyətdən danışıb: “Biz “Kəpəz”ə də qalib gəlmək istəyirdik. Amma bəzən heç nə istədiyiniz kimi getmir. Bazar ertəsi çempionat matçında vəziyyəti dəyişməliyik. Qələbə qazanmaq və daha da irəli getmək zamanıdır”.
29 yaşlı futbolçu “Səbail”lə növbəti tur matçına dönüş nöqtəsi kimi baxır: “Əgər çempionluğu qazanmaq istəyiriksə, bu cür matçlardan xallarla ayrılmalıyıq. Rəqibdən asılı olmayaraq, hər oyunda qalib gəlmək lazımdır. Burada bütün şəraitə uyğunlaşıram və uyğunlaşmalıyam. Özümü daha yaxşı hiss edirəm, ailəm də buraya gələcək və hər şey daha yaxşı olacaq. Sadəcə, futbola diqqət yetirməliyik. “Neftçi”ni lazım olan yerlərə gətirmək barədə düşünməliyik”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə