Ölkə futbolu
“Neftçi”nin bazasına hücum edənlər həbs olundu
“Neftçi” futbol klubunun paytaxtın Xətai rayonunda yerləşən bazasına bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər – Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar.
Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.
Qeyd edək ki, dünən Misli Premyer Liqasının 25-ci turunda “Neftçi” öz meydanənda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub. Bu səbəbdən yerli azarkeşlər komandalarına etirazlarını bildiriblər.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı