Əvəzedicilər
“Neftçi”nin futbolçusu 4 oyunluq cəza aldı, klub 1000 manata yaxın cərimələndi
AFFA İntizam Komitəsi “Neftçi-2″nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, buna oyunçunun Əvəzedicilər Liqasında “Sumqayıt-2” ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) yol verməsi səbəb olub.
“Ağ-qaralar” forvarda görə 300 manat ödəyəcək. Salyanskinin komanda yoldaşı Elcan Əbilov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 qarşılaşmanı buraxacaq. Paytaxt təmsilçisi bu səbəbdən 50 manat cərimələnib.
“Neftçi” bu görüşdə 6 oyunçusu sarı vərəqə aldığı üçün 70 manat, Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə 100 manat, qarşılaşma bitdikdən sonra təhlükəsizlik tam təmin olunmadığından 400 manat ziyana düşüb.
“Gənclik şəhəri” təmsilçisi bu matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…