Dünya futbolu
“Neftçi”nin rəqibi ispaniyalı futbolçusu ilə vidalaşdı
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Kipr “Aris”i yarımmüdafiəçisi Manu Qarsiya ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, İspaniyadan olan 36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona göstərdiyi xidmətlərə görə təşəkkür edilib.
Manu Qarsiya 2021-ci ildən “Aris”də çıxış edirdi. O, əvvəllər “Real Sosyedad”, “Eybar”, “Real Yunion”, “Loqrones” və “Alaves”də də forma geyinib.
“Aris” ötən gün baş tutan “Neftçi” ilə ilk oyunda 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda baş tutacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…