Ölkə futbolu
“Neftçi”nin yeni rəhbəri Basketbol Federasiyasından gəlir
“Neftçi”nin prezidenti Kamran Quliyevin postundan göndərilməsi ilə bağlı deyilənlər təsdiqlənmək üzrədir. Klubun Müşahidə Şurası struktur dəyişikliyinə əl atıb və prezident postunu ləğv edib. Bundan sonra “Neftçi”də icraçı direktor söz sahibi olacaq və o, birbaşa şuraya hesabat verəcək.
Futbolinfo.az xəbər verir ki, bütün bunların nə vaxt rəsmi təsdiqini tapacağı bilinmir. Amma güman ki, yeni iş həftəsində artı klubdan müvafiq açıqlamalar verləcək. Gəzən söz-söhbətlərə inansaq, bundan sonra klubda əsas söz sahibi Fərrux Mahmudov olacaq.
Klubda yeni təsis olunacaq icraçı direktor postunun sahibi futbolda yenidir. Belə ki, o, Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı direktoru olub, yaxınlarda “Neftçi”yə gəlmək üçün vəzifəsini tərk edib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”