Ölkə futbolu
“Neman” Qəbələyə gələsi olmadı
“Neman” Azərbycana gələsi olmadı. Avrokubok oyunlarını ölkəmizdə keçirmək üçün müraciət edən və müsbət cavab alan Belarus klubu son anda fikrini dəyişib.
Futbolinfo.az xəbər verir ki, UEFA-nın avrokubok matçlarını evdə keçirməyi qadağan etdiyi Belarus klubları rəqiblərini müxtəlif olkələrdə qəbul etməyə məcburdur. Ölkənin 4 klubu bu səbəbdən müxtəlif ölkələrə səpələnib. Onlardan ikisi məhz Azərbaycana gəlmək istəyirdi.
Minsk “Dinamo”sunun Bakıda oynamaq arzusu reallaşacaq. İyulun 20-də Konfrans Liqasının ilk təsnifat mərhələsinin cavab oyununda “Jelezniçar”ı (Bosniya və Herseqovina) “Azersun Arena”da qəbul edəcək minsklilər mərhələni keçərsə, potensial rəqibi olan “Neftçi” ilə də Bakıda oynayacaq. Artıq klub qərarını verib və razılıqlar əldə olunub.
Son ana kimi düşünən “Neman” isə Qəbələdə oynamaq stəyirdi. Qrodnolular son anda fikrindən daşınıb və Macarıstanda oynamaq qərarı verib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı