Dünya futbolu
Neymar əyləncədən qalmır
“Finiks Sans” komandasının iki ulduzu – Devin Buker və Kevin Dürantın Monako barlarının birində əyləndiyi ortaya çıxıb. Yayılan şəkildə onların yanında Neymar da olub.
Qeyd edək ki, hazırda MBA-da yay fasiləsidir. Braziliyalı futbolçu isə mövsümün başlamasına baxmayaraq, əylənməsini davam etdirir.
Xatırladaq ki, Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə razılığa gəlib. İki illik müqavilənin şərtlərinə görə o, yarımadada 160 milyon avro qazanacaq.
Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Onun 2025-ci ilə qədər Paris klubu ilə müqaviləsi var. Ötən mövsüm forvard meydana çıxdığı 29 oyunda 18 qol vurmuş və 16 assist etmişdi.
“Finiks Sans” isə keçən mövsümü ¼ finalda bitirmişdi. Həmin mərhələdə komanda gələcək çempion “Denver Naggets”ə 2:4 hesabı ilə məğlub olmuşdu.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…