Digər idman növləri
Nicat Abasov ilk partiyada heç-heçə oynadı
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/16 final mərhələsinin ilk oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, mötəbər yarışda mübarizəni davam etdirən yeganə şahmatçımız Nicat Abasov 1/16 finalda FIDE adından çıxış edən Pyotr Svidlerə rəqib olub.
Tərəflər debütdə vəzir qambiti seçiblər. Nicat Abasov növbəti gedişlərdə az rast gəlinən varianta üstünlük verib. Təmsilçimiz Pyotr Svidlerin oynadığı ağ fiqurların təşəbbüsü ələ almaq cəhdlərini asanlıqla neytrallaşdırıb. Yekunda partiya 37-ci gedişdə şahmatçıların heç-heçəyə razılaşması ilə başa çatıb.
Cavab görüşü sabah keçiriləcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq