Dünya futbolu
Niderlandlı futbolçu 6 il müddətinə azadlıqdan məhrum edildi
Niderland millisinin keçmiş futbolçusu Kvinsi Promes daha 6 il müddətinə azadlıqdan məhrum edilib.
Futbolinfo.az “De Telegraaf” nəşrinə istinadən xəbər verir ki, bu barədə Amsterdam məhkəməsi qərar çıxarıb.
Rusiyanın “Spartak” klubunun 31 yaşlı yarımmüdafiəçisinin narkotik vasitələrin daşınması ilə məşğul olan cinayətkar şəbəkənin üzvü olduğu aşkarlanıb. Onun 1370 kq ağırlığında kokain qaçaqmalçılığında iştirak etdiyi iddia olunurdu.
Promes “Ayaks”da çıxış edərkən əmisi oğlunu bıçaqladığı üçün 2023-cü ildə 1,5 illik həbs cəzası almışdı. Hadisə 2020-ci ildə baş vermişdi.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı