Dünya futbolu
“Nitsa” Məhəmməd Əlini transfer edir
“Nitsa” Məhəmməd Əli Conu Fransaya qaytarır. Fransızlar “Real Sosyedad”la oyunçunun transferi barədə razılığa gəlib.
Futbolinfo.az xəbər verir ki, oyunçunun ispanlarla 2027-ci ilin yayınadək müqaviləsi var. Amma san-sebastyanlılar hücumçunun çıxışından məmnun deyil. Bu səbəbdən “Nitsa”nın təklifini qəbul ediblər.
Futbolçu yayadək icarədə olacaq, daha sonra 8 milyon avroya transfer ediləcək. 19 yaşlı futbolçu il yarım öncə “Anje”dən 11 milyon avroya transfer olunmuşdu.