Bizi izləyin

Digər idman növləri

Niyə Cokoviç sevilmir?

blank
blank

Tennisdə mövsümün ikinci böyük yarışı başa çatdı. Bu dəfə də qələbə qazanan Novak Cokoviç oldu. Avstraliyada onun çempion olması adi bir hal olsa da, “Roland Garros”da serbin qələbəsi bir qədər ehtimallardan uzaq görünməlidir. Bu çempionluqla o, tennis tarixinin ən güclüsü adını ələ keçirdi.

“Roland Garros” serb üçün karyerasında 23-cü “Böyük dəbilqə” oldu. Bununla da o, Rafael Nadalı keçməyi bacardı. Avstraliyada çempion olarkən finala qədər mümkün ən zəif rəqiblərlə düşən Nole, Fransada da bəxt sarıdan əziyyət çəkmədiyini bir daha sübuta yetirdi.

Bütün bu nailiyyətlərə baxmayaraq, Novak Cokoviç tennis azarkeşləri tərəfindən nə Federer, nə də Nadal qədər sevilmir. Bunun nədən qaynaqlandığını araşdırmağa çalışaq.

Güclüləri çoxları sevmir. Həqiqətən də bu belədir. Amma bugünə qədər Novak ən güclü sayılmırdı. O, Federer və Nadalın nailiyyətlərinə çatmazdan əvvəl də sevilmirdi. Deməli, sevilməməsi güclü olmağına görə deyil. Cokoviçdən fərqli olaraq Federer və Nadal “Böyük dəbilqə” seriyalı turnirləri hamıdan çox qazandıqları vaxtda çox sevilirdilər.

Cokoviçin milliyyətcə serb olması da səbəb olmamalıdır. Serblər Avropanın digər millətləri tərəfindən elə də çox sevilmirlər. Amma tennisdə idmançının milliyyətinə o qədər də çox fikir vermirlər. Həm də tennis təkcə Avropa deyil, bütün dünyada məşhurdur.

Cokoviç siyasi fikirlər yürüdür, siyasətçilərin müəyyən qərarlarına qarşı gedir. Bu xasiyyəti əslində onun sadə camaat tərəfindən sevilməsinə şərait yaradır. Deməli, bu da səbəb deyil.

Bəs əsl səbəb nədir?  Əsl səbəb centlemenlikdədir. Tennis centlmen oyunu sayılır. Uzun illər Federer və Nadal, onlardan da əvvəl əksər tennisçilər məhz bu xüsusiyyətləri ilə seçiliblər. Tennisdə rəqibə hörmət vacibdir. Ən vacibi isə rəqibə qarşı qazanılan qələbədə dürüstlükdür. Burada hiyləgərliklə qalib olanlar sevilmirlər. Uzun karyerası zamanı Novakdan bunu görmək olmayıb.

Adi bir misal gətirək. Nadalın zədələnməsindən sonra bu il “Roland Garros”da çempionluğa əsas namizəd Novakla birlikdə Karlos Alkaras idi. Püşkə görə onlar yarımfinalda üzləşməliydilər. İspan tennisçinin yarımfinala qədər rəqibləri çətin, Novakda isə həddindən çox asan idi. Lakin istənilən halda hər şey yarımfinalda müəyyənləşməliydi. Cokoviçin ilk setdə qalib olmasının əsas səbəbi gənc Alkarasın həyəcanlı olması və öz oyununun heç yarısını göstərə bilməməsi idi. İkinci setdə özünə gələn Karlitos hesabı bərabərləşdirdi. Bundan sonra onun artıq daha rahat oynayaraq qalib gələcəyi gözlənilirdi. Çünki bundan əvvəlki mərhələlərdə tennisçilərin göstərdikləri oyun arasında hiss ediləcək dərəcədə fərq var idi. Bunu bütün tennis ekspertləri də qeyd edirdilər.

blank

Lakin Novak yenə də ənənəvi hiyləgərliyinə əl atdı. Özünə gəlib sürət yığan Alkarası bir qədər soyutmaq üçün tibbi fasilə götürdü və oyunda fasilə yarandı. Halbuki Novakın heç bir zədəsi  yox idi. 3-cü setin ilk oyununu qazandıqdan sonra Alkaras zədələndi. Əzələsi dartıldı. Topun arxasınca qaça bilmirdi. Bu şəkildə Novak öz servisini qazanaraq hesabı bərabərləşdirdi. Tennisin qaydalarına görə kortda tərəfləri dəyişərkən həkim müdaxiləsi olar. Alkarasa həkim baxışından sonra hakim qaydalara uyğun olaraq Alkarasın servisində xalı rəqibə verdi. Bu da breyk demək idi. Beləliklə, Novak ikinci setdə breyklə önə keçdi. Alkaras zədə alarkan ona yaxınlaşıb nə baş verdiyi ilə də maraqlandı, yəqin ki, ona necə yardım edə biləcəyini də söylədi. Amma bu sözlərin səmimi olmadığı bir neçə dəqiqə sonra məlum oldu. Qaydalara uyğun olaraq hakimin bu qərarından sonra növbəti geymdə öz servisində qəsdən ardıcıl səhvlər edərək hesabın bərabərləşməsini təmin edə bilərdi. Futbolda komandalar hər zaman bundan istifadə edirlər və alqışlar da qazanırlar. Güclü olduğunu meydanda nümayiş etdirmək üçün kifayət qədər vaxt olacaq. Novak belə etsəydi, illərlə hər kəsin danışacağı addımı atmış ola bilərdi. Amma o bunu etmədi.  Bu qədər təcrübəyə malik bir idmançı belə zədənin nə olduğunu dərhal anlayır. Onsuz da qələbə Novakın olacaqdı. Məhz həmin anlardakı hərəkətləri ilə Cokoviç buvaxta qədər nəyə görə sevilmədiyini bizim üçün aydınlaşdırdı.

Bu gün Novak dünyanın ən titullu tennisçidir. Çətin ki, Nadal onu “Böyük dəbilqə”lərin sayına görə keçə bilsin. Əvvəla, Rafael ondan bir yaş böyükdür və artıq gənclərlə mübarizə aparmaq asan deyil. Həmçinin Nadal zədəsinə görə əməliyyat edilib və onun bir də Avstraliyada “Böyük dəbilqə” qazanma şansı olacaq. Gənclərin isə bunu etməsi üçün bir neçə ilə ehtiyacı var.

SİYAVUŞ ƏLİYEV

blank
Reklam

Reklam


blank
Əvəzedicilər2024-05-09 18:00

Əvəzedicilərin yarışında 35-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-09 17:35

II Liqada 25-ci turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2024-05-09 16:58

Mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli oldu

blank
Dünya futbolu2024-05-09 16:37

Son 12 ildə ilk dəfə kuboksuz qaldılar

blank
Müsahibə2024-05-09 16:12

Rəşad Abdullayev: “Xal itirməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-05-09 15:56

ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-09 15:33

Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

blank
Dünya futbolu2024-05-09 15:15

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Ölkə futbolu2024-05-09 14:51

AFFA-dan yeni sponsorluq müqaviləsi

blank
Ölkə futbolu2024-05-09 14:34

“Neftçi”nin oyunu heç də ürəyimcə deyil” – Stankoviç

blank
Dünya futbolu2024-05-09 14:16

“Real”ın futbolçusu üçün ikiqat yubiley

blank
Ölkə futbolu2024-05-09 13:53

“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”

blank
Milli komanda2024-05-09 13:31

Millimiz üçün tanış və düşərli olmayan rəqib

blank
Digər idman növləri2024-05-09 13:17

Yığmamız Sloveniyaya yollandı

blank
Digər idman növləri2024-05-09 12:52

Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”

blank
Digər idman növləri2024-05-09 12:29

Millimizin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlandı

blank
Digər idman növləri2024-05-09 11:43

“Pley-offda yaxşı müdafiə olunan tərəf sonadək gedə bilər”

blank
Digər idman növləri2024-05-09 10:54

Güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

blank
Dünya futbolu2024-05-09 09:30

KL: Sonuncu finalçı bəlli olur

blank
Dünya futbolu2024-05-09 09:00

Avroliqada finalçılar müəyyənləşir

blank
Dünya futbolu2024-05-09 01:09

“Real” əzmkar qələbə ilə ÇL-in finalında!

blank
Dünya futbolu2024-05-09 00:13

“Trabzonspor” darmadağınla finalda

blank
Digər idman növləri2024-05-08 23:41

“Avropa Liqası gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”

blank
Dünya futbolu2024-05-08 23:00

Konfrans Liqasının ilk finalçısı müəyyənləşdi

blank
Digər idman növləri2024-05-08 22:20

“Xəzri” yarımfinal seriyasına qələbə ilə başladı

blank
Digər idman növləri2024-05-08 21:44

Azərbaycan tennisçiləri Avropa birinciliyində iştirak edəcək

blank
Müsahibə2024-05-08 20:55

“Bir komanda ilə bu qədər qarşılaşmaq xoş deyil” – Rəşad Əzizli

blank
Ölkə futbolu2024-05-08 20:41

PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı

blank
Digər idman növləri2024-05-08 20:15

Cüdoçularımız Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-05-08 19:29

Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm