Digər idman növləri
Noskova lideri mübarizədən kənarlaşdırdı
Melburnda tennis üzrə “Böyük dəbilqə” turnirinin 1/16 final mərhələsi başa çatıb. Kişilərin yarışında ciddi sensasiya olmayıb. Gözlənilməz nəticə kimi Qriqor Dimitrovun Borjesə məğlubiyyətini qeyd etmək olar. Son vaxtlar yaxşı formada olan bolqar tennis 1:3 hesabı ilə məğlub olub.
Turnirin 2 nömrəsi Karlos Alkaras çinli Janqa qalib gəlib. İlk iki setdə 6:1 hesablı qələbədən sonra Janq mübarizəni vaxtından əvvəl dayandırıb.
Rusiyalı Daniil Medvedev Feliks Ojye-Aliasimə qalib gəlib. Aleksandr Zverev də rəqibini 3 setdə məğlub edib. Almaniyalı tennisçi Mikelsendən üstün olub.
Turnirin sensasiyalarından biri Artur Qazo niderlandlı Qrikspora 3 setdə qalib gəlib. Onun növbəti mərhələdə rəqibi polyak Hurbert Hurkaç olacaq.
Qadınların yarışında isə sensasiya baş verib. 19 yaşlı Linda Noskova reytinqin lideri İqa Şvyonteki məğlubiyyətə uğradıb. Çexiyalı tennisçi ilk setdə məğlub olmasına baxmayaraq, geridönüş etməyi bacarıb. Keçən mərhələdə başqa bir favorit Yelena Rıbakinanı mübarizədən kənarlaşdıran Anna Blinkova italyan tennisçi Paoliniyə uduzub. Latviyalı tennisçi Yelena Ostapenka belaruslu Viktoriya Azarenkayla bacarmayıb. İki setdə başa çatan digər bir qarşılaşmada ukraynalı Svitolina isveçrəli Qolubiçə qalib gəlib.