Ölkə futbolu
Növbəti biabırçılıq: hakim özündən penalti “kəşf etdi” – VİDEO
Premyer Liqada silsilə hakim səhvlərinə uşaq liqalarında daha çox rast gəlinir. Bu yarışlarda vəziyyət həddindən artıq pisdir.
Futbolinfo.az xəbər verir ki, ötən gün AFFA-nın təşkil etdiyi U-16 liqasında növbəti hakim qərarı qalmaqala səbəb olub. “Səbail” və “Qəbələ” arasında keçirilən matçda baş hakim İrşad Aydınov yanlış penalti təyin edib.
Belə ki, “Qəbələ”nin futbolçusu “Səbail”in oyunçusuna qarşı kobud oynayıb. Epizod cərimə meydançasından çöldə baş versə də, referi 11 metrlik cərimə zərbəsi təyin edib. Əyalət klubunun etirazlarına baxmayaraq, hakim qərarını dəyişməyib.
Oyun “Səbail”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra ciddi narazılıq yaranıb, qonaqlarla hakimlər arasında gərginlik yaşanıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi