Bizi izləyin

Ölkə futbolu

Nurlan İbrahimovun cəzası bir neçə ilə endirilə bilər

blank
blank

“Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsindəki (CAS) prosesi yekunlaşdı. Gözlənildiyi kimi, gərgin keçdi. Hakim sağ olsun, bizi və qarşı tərəfi eyni vaxtda dinlədi və fikrimizi eşitdi. Sonda Nurlanın ayrıca çıxış etməsini istədik. Buna da şərait yaradıldı”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Qarabağ”ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev İdman Arbitraj Məhkəməsində (CAS) UEFA-ya qarşı şikayət ərizəsi əsasında keçirilmiş məhkəmə prosesi barədə danışarkən deyib.

O, qərarın noyabrın 25-dək açıqlanacağını bildirib: “Hakim heyəti müşavirəyə getdi. Qərar ən geci noyabrın 25-dək açıqlanacaq. Öz xeyirimizə də məqamlar oldu. Qarşı tərəf arqumentlər gətirsə də, hakim heyəti bizim fikrimizi də eşitdi. Prosesin gedişatından şikayətimiz yoxdur. Bu baxımdan, hər şey qaydasındadır”.

Haqverdiyev qarşı tərəfin italyan əsilli vəkillə təmsil olunduğunu vurğulayıb: “O, İsveçrədəki hüquq şirkətindən idi. Vəkillə birlikdə UEFA-nın iki nümayəndəsi iştirak edirdi. Ümumulikdə 3 nəfərdən ibarət tərkibdə təmsil olunurdular. Onların başlıca arqumenti o idi ki, Nurlan İbrahimov həddindən artıq ağır sözlər işlədib və bunlar qəbuledilməz çağırışdır. Bu səbəbdən, sanksiya qüvvədə qalmalıdır. Bizim də əks arqumentimiz ondan ibarət idi ki, bu, affekt vəziyyətində yazılıb və cəza verilərkən emosional durum nəzərə alınmayıb. Əsas araşdırma mövzusu statusun yazılma tarixi, əsaslandırmalar və həmin vaxt baş verən hadisələr idi. Məhkəmədəki qarşılıqlı müzakirələr bu cür gedirdi”.

Vəkil UEFA-nın feysbukda yazılan statusu ciddi qəbul etdiyini diqqətə çatdırıb: “Onların fikrincə, “Qarabağ” klubunun Mətbuat katibi həmişə göz qabağındadır, azarkeşlər onu hər zaman izləyir. Avrokuboklarda çıxış edən klubun nümayəndəsinin profilini müxtəlif sosial şəbəkələrdə izləyirlər. Onların qənaətinə görə, status dünyada yayılmışdı. Bu səbəbdən, məsələyə ciddi yanaşırdılar”.

Hüquq müdafiəçisi prosesin nəticəsi ilə bağlı nə isə deməyin tez olduğunu söyləyib. O, qənaətbəxş nəticəyə ümid etdiklərini dilə gətirib: “Yekunda qərarın bizim xeyirimizə olacağına ümidvarıq. Çox təəssüf ki, əvvəlcədən fikir bildirmək olmur. Amma dinlənilməyimiz və Nurlanın fərdi şəkildə dinlənilməsi müsbət məqamdır. Ümid edirəm ki, nəticə bizim istədiyimiz kimi olacaq. Hakimlər heyətinin hansı qənaətə gələcəyini bilmirik. Ola bilər, heyət düşünsün ki, ömürlük cəza həddindən artıq ağırdır. Futboldan ömürlük kənarlaşdırılma cəzasını bir neçə illə əvəzləyə bilərlər. Həm də o qənaətə gələ bilərlər ki, cəza bir ildən çox çəkilib və əlavə cəza olmasın. Ancaq yekunda hansı qərarın verildiyini görə biləcəyik”.

Haqverdiyev noyabrın sonunadək yeni prosesin gözlənilmədiyini deyib: “Bu, ilk və sonuncu dinləmə idi. Heyət qərara gəlsə ki, əlavə şahidlər dindirilməlidir və nələrsə dəqiqləşdirilməlidir, növbəti proses keçirilə bilər. Amma açığı, bu, real görünmür. Çünki onların bütün sualları cavablandırılıb və narahat qaldıqları məqamlar aydınlaşdırılıb. Hər iki tərəfin də mövqeyini alıblar. Ona görə də əlavə iclasın keçirilməsi gözlənilmir. Ola bilər ki, yazılı şəkildə dəqiqləşdirmələr istənilsin. Bu da çox aşağı ehtimaldır. Noyabrın 25-dək olan vaxt maksimal müddətdir. İclasdan əvvəl bu vaxtın qərar üçün son tarix olduğu müəyyənləşib. CAS-ın qaydalarına əsasən yekun qərar, araşdırıldıqdan sonra verilməlidir”.

Vəkil UEFA-nın məsələyə çox ciddi yanaşdığını bildirib: “Nurlan İbrahimovun dediyi kimi, onları təmsil edən şəxs İsveçrənin və dünyanın ən güclü 5 hüquqi şirkətlərindən biridir. Bu da Avropa futbol qurumunun işə nə dərəcədə önəm verdiyini göstərir. Hamıya bəllidir ki, məsələnin siyasi tərəfi də var. Şikayətin UEFA-ya və geniş auditoriyaya təqdim olunmasında mənfur qonşularımızın da böyük rolu olub. Prosesdə birbaşa təzyiq görünmədi. Tərəflərə bərabər imkan yaradıldı və çıxış üçün kifayət qədər vaxt verildi. Biz sərbəst suallar verə bilərdik. Öz mövqeyimizi müdafiə edirdik. Məhkəmədə qarşı tərəfdən və heyətdən hansısa müdaxilə yox idi”.

Hüquq müdafiəçisi prosesə sədrlik edən hakimin Almaniya, digər hakimlərin isə Polşa və İngiltərə vətəndaşları olduqlarını söyləyib: “Onlar müəyyən fikir bildirmirdilər. Çünki neytrallıqlarını qorumalıdırlar. Müxtəlif suallar verirdilər və qarşı tərəflərin fikirlərini öyrənirdilər. İndiki mərhələdə onların adlarını açıqlaya bilmərəm. Yalnız iş bitəndən sonra məlumat verilə bilər”.

Vəkil CAS-ın məhkəmələrinin bir qayda olaraq qapalı keçdiyini vurğulayıb: “Bütün dinləmələr ictimaiyyətə qapalı olur. Yekun qərar isə CAS-ın əmri ilə açıqlanır”.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Premyer-liqa2024-04-21 19:00

“Səbail” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm