Digər idman növləri
Olimpiadanın açılışını 326 min azarkeş izləyəcək
Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimini canlı olaraq 326 min azarkeş izləyə biləcək. Bu barədə Fransanın Daxili İşlər naziri Jerald Darmanen məlumat verib.
Mərasim iyulun 26-da Sena çayında baş tutacaq. Oyunlarda iştirak edən idmançılar qayıqlarla çayda hərəkət edəcəklər. Tamaşaçılar isə sahildən onları izləmək imkanına malik olacaqlar. 222 min tamaşaçı üçün bu imkan pulsuz yaradılacaq.
Bu mərasim üçün 180 qayıqdan istifadə planlaşdırılır. 94 qayıq sırf atletlər üçün nəzərdə tutulub. Qalan 84 qayıqda isə mühafizə xidməti və texniki işçilər olacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı