Ölkə futbolu
“Olimpiakos” “Neftçi” üçün son məşqinə çıxdı
“Olimpiakos” “Neftçi”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 2-ci mərhələsinin cavab oyunundan əvvəl Yunanıstanda son məşqinə çıxıb.
Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Pirey təmsilçisinin məşqi “Georgios Karaiskakis” stadionunda baş tutub.
Məşqdə ilk matçdan əvvəl koronavirusa yoluxmuş mərakeşli hücumçu Yussef əl-Arabi də iştirak edib. Amma onun Bakıdakı oyunda meydana çıxıb-çıxmayacağı dəqiq deyil.
“Olimpiakos” Bakı vaxtı ilə saat 13:30-da Azərbaycana yola düşəcək. Komandanın Bakıda məşqə çıxacağı gözlənilmir.
İyulun 28-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Olimpiakos” matçı saat 20:00-da başlayacaq. Bakılılar ilk oyunda 0:1 hesabı ilə məğlub olub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı