Dünya futbolu
“Olimpiakos”dan “Sent-Etyen”ə
Fransanın “Sent-Etyen” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi seneqallı müdafiəçi Pape Abu Sisseni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransa təmsilçisi 25 yaşlı futbolçunu Yunanıstanın “Olimpiakos” klubundan satınalma şərti ilə icarəyə götürüb.
Seneqallı futbolçunun transfer qiyməti 5 milyon avro təşkil edir. O, yeni komandasında “6” nömrəli formanı geyinəcək.
Sisse peşəkar karyerasına ölkəsinin “Pikine” klubunda başlayıb. 2014-2017-ci illər aralığında isə o, Fransanın “Ayaçço” klubunun uğurları üçün çalışıb. Müdafiəçi Seneqal yığmasında da 4 oyun keçirib, 1 qol vurub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq